Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:24

CNN yenə Avropa Oyunlarından yazır


İlham Əliyev Bakı Olimpiya Stadionunun açılışında
İlham Əliyev Bakı Olimpiya Stadionunun açılışında

-

«İdmanın yeni sərhədi: keçmiş sovet ölkələri böyük liqaya bilet istəyir». ABŞ-ın CNN televiziyasının yeni reportajı belə adlanır. Müəlliflər Ollie WilliamsAmanda Davies-dir. Qeyd edək ki, CNN ötən həftə də eyni müəlliflərin yazısını dərc etmişdi.

Müəlliflər yazır ki, Qazaxıstan, digər sovet respublikaları canfəşanlıqla özlərini böyük ölkə kimi təqdim etməyə çalışırlar. Olimpiya Oyunları, yaxud Dünya Çempionatına ev sahibliyi etməkdən böyük nə ola bilər?

Qazaxıstan 2022-ci il Qış Olimpiadasına ev sahibliyi etmək istəyir. Azərbaycan Avropa Oyunlarına, daha sonra «Formula 1» yarışlarına ev sahibliyi edəcək, 2024-cü il Yay Olimpiadasını da gözaltı etməyə çalışır.

Bu ölkələrin siyasətçiləri də yeni doğulan ölkə təsviri yaradırlar. «Ölkəmizin dünya xəritəsində yerini göstərmək istəyirik. Göstərmək istəyirik ki, müstəqilliyimizi yenidən əldə edəndən 23 il sonra necə böyük uğura nail olmuşuq», - Azərbaycanın idman naziri Azad Rəhimov CNN-ə deyib. «Bu, gəncləri ruhlandırır. Əhalimizin 66%-nin yaşı 35-dən azdır, onlardan çoxu da idmanla məşğuldur».

Bəzi müşahidəçilər isə bu idman tədbirlərinin yalnız on illər boyu mövcud olmuş istibdad rejimlərini qanuniləşdirmək məqsədi daşıdığını qeyd edir.

«İdman meqa-tədbirləri ən nüfuzlu tədbirlər sırasındadır», - «Human Rights Watch» təşkilatının direktoru müavini Rachel Denber deyir. «İdman hər yerdə insanları cəlb edir və, təbii ki, ən böyük auditoriyaları özünə çəkir». Denber bu tədbirlərin pərdəarxasında insan haqlarının görməzdən gəlindiyini vurğulayır.

«Azərbaycanda son illər ciddi geriləmə görürük. Son bir il isə insan haqlarının durumu baxımından ən pis il olub».

Ev sahibi olan ölkələr daha çox diqqətə məruz qalırlar. Elə Azərbaycan rəsmiləri vurğulayır ki, 2012-ci ildə London Olimpiadası barədə də media mənfi məqamları qabardıb, bəs onda Azərbaycanla bağlı tənqidlərə niyə təəccüblənək ki?

«Azərbaycan iyunda ilk Avropa Oyunlarına ev sahibliyi edir. Paytaxt Bakı dünyaya hansı imicdə təqdim olunacaq? Qanunsuz həbsə atılmış onlarla jurnalist və fəal barədə nə yazılacaq?» - müəlliflər sual edir.

«Azərbaycan, Qazaxıstan və Türkmənistan üçün idman təkcə ölkədə deyil, dünyada mentalitetləri dəyişmək alətidir. CNN bu ölkələrin gənc atletləri arasında bir inamı da hiss edib ki, idman insan həyatını yaxşıya doğru dəyişəcək. Ancaq tənqidçilər bir məsələyə inanırlar – bu ölkələr idman projektorunu elə yönəldə bilərlər ki, qaranlıq məqamlar kölgədə qalsın».

Gürcüstanda Joseph Stalin-i anırlar – 9 may 2015
Gürcüstanda Joseph Stalin-i anırlar – 9 may 2015

DİKTATORLARSIZ GƏLƏCƏK REALDIRMI?

BBC müxbiri Rachel Nuwer bu məsələni araşdırıb.

«Demokratiyalarda yaşayan vətəndaşlar adətən diktaturaları repressiya, insan haqları pozuntuları, yoxsulluqla assosiasiya edir. Doğrudan da, diktaturalar həyatlar qəsb edib. Joseph Stalin 49 milyon rusiyalının, Pol Pot 3 milyon kambocalının ölümünə səbəb olub. Bu statistikalara göz gəzdirəndə düşünmək olar ki, diktaturaya son qoymaq dünyanın ümdə məqsədi olmalıdır. Ancaq belədirmi? Diktator necə salamat qalır və gələcəkdə işlər bu liderlər üçün necə dəyişə bilər?

«Ancaq bəzi diktaturalarda heç də çat əlamətləri görünmür. İndi gördüklərimiz həddən artıq davamlı diktaturalardır», - Denver Universitetinin əməkdaşı Erica Chenoweth deyir. «Məsələn, diktatura təyinatına uyğun gələn bəzi Afrika və Yaxın Şərq hökumətləri o qədər varlıdırlar ki, mövcudluqlarını qoruyub saxlaya bilirlər».

«Azadlıq və demokratiya arzusunun insan təbiətinin ayrılmaz hissəsi olmasına elə bir sübut yoxdur», - Esseks Universitetinin baş müəllimi Natasha Ezrow deyir. Həyat səviyyəsi yüksək olduqca, insanlara istədikləri həyatı yaşamağa icazə verildikcə, vətəndaşlar diktaturada da tam xoşbəxt ola bilərlər. Hətta bəziləri avtoritar rejimi itirəndə onun üçün qüssələnirlər də: «Cavan ikən, tələbə ikən elə bilirdim hamı demokratik ölkədə yaşamaq istəyir. Ancaq avtoritar rejimlər olan bəzi ölkələrdəki araşdırmalardan görünür ki, insanlar xoşbəxtdirlər».

Başqa sözlə, diktaturaya son qoymaq heç də hamı üçün ideal variant deyil. Nə qədər ki, liderlər həmin idarəçiliyin səhvlərindən qaçır və vətəndaşlarının arzularını nəzərə alırlar, diktatura, sadəcə, ölkə idarəçiliyinə fərqli bir yanaşmadır, asayiş onlar üçün individual azadlıqlardan öndə gəlir. Ezrow deyir ki, «bəzi mədəniyyətlər təhlükəsizlik və sabitliyi azadlıqdan üstün tutur».

XS
SM
MD
LG