Keçid linkləri

2026, 14 İyun, bazar, Bakı vaxtı 17:13

«Google Maps»dən internetsiz də faydalanmaq olacaq

Google Maps
Google Maps

-

Günümüzdə ən çox istifadə olunan xəritə proqramlarından «Google Maps»ə yeni özəlliklər gələcək.

Bu yeniliklər «Google»un I/O 2015 konfransında təqdim olunub.

Konfransda verilən açıqlamaya görə, istifadəçilər artıq proqramı internetsiz, «offline» rejimdə də işlədə biləcəklər.

Digər bir yenilik isə səsli xidmətdir. Artıq istifadəçilər istiqaməti səsli formada da öyrənə biləcəklər.

Bu özəlliklərin ilk mərhələdə internet bağlantısı zəif olan, inkişaf etməmiş ölkələrdə yayımlanacağı bildirilib.

Yeniliklərin ilin sonunda istifadəyə veriləcəyi gözlənilir.

This item is part of
XS
SM
MD
LG