Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:44

Pensiyaçıların sosial müdafiəsini gücləndirmək üçün qanunvericilikdə yeniliklər ediləcək


«Artımı pensiya alan hər bir kəs hiss edəcək»
«Artımı pensiya alan hər bir kəs hiss edəcək»
«Uşaqlıqdan əliləm. 22 manat pul alıram. Bu pul xərclərimi ödəməyə çatmır. Özüm də işləyə bilmirəm».

23 yaşlı Ramil Babayev anadangəlmə birinci qrup əlildir. Deyir ki, aldığı 22 manat pensiya ən vacib ehtiyaclarını belə ödəməyə bəs etmir. Hazırda pensiyasının azlığından təkcə anadangəlmə əlillər yox, elə həlak olmuş müharibə iştirakçılarının ailələri və Qarabağ əlilləri də narazıdırlar. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov isə deyir ki, 2007-ci ildən bu narahatçılıqlara son qoyulacaq. Onun sözlərinə görə, pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə mövcud qanunvericilikdə bir sıra yeniliklər nəzərdə tutulub.


«Təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xəttilə həlak olmuş müharibə iştirakçılarının ailələri və Qarabağ əlilləri üçün tikilən evlərə 9 milyon manat vəsait ayrılacaq. Yəni 2007-ci ildə təkcə bu nazirlik 600-650 min mənzil tikəcək. Bundan başqa, yerli icra hakimiyyətləri də onlar üçün evlər tikəcək. Əlillərə isə 400-500 maşın alınması üçün vəsait ayrılacaq»
Bu yeniliklərə əsasən, gələn il 15 min nəfərə yaxın həlak olmuş müharibə iştirakçılarının ailələrinin pensiyasının aylıq məbləğinə orta hesabla 21 manat artırılacaq. Bu məqsədlə fonda orta hesabla 3,8 milyon manat vəsait ayrılacaq. Artım təkcə onlara aid edilməyib.

Cənab Müslümov bildirir ki, pensiya hesablanarkən vətəndaşların orta aylıq əməkhaqlarının üç misli həcmində olan məhdudiyyət aradan qaldırılacaq və pensiya əməkhaqlarının tam məbləğində hesablanacaq. Bundan başqa, həlak olmuş müharibə iştirakçılarının ailələri və Qarabağ əlilləri üçün 600 mindən çox mənzil tikiləcək və əlillərə maşın veriləcək: «Təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xəttilə həlak olmuş müharibə iştirakçılarının ailələri və Qarabağ əlilləri üçün tikilən evlərə 9 milyon manat vəsait ayrılacaq. Yəni 2007-ci ildə təkcə bu nazirlik 600-650 min mənzil tikəcək. Bundan başqa, yerli icra hakimiyyətləri də onlar üçün evlər tikəcək. Əlillərə isə 400-500 maşın alınması üçün vəsait ayrılacaq».


Ümumilikdə isə, 2007-ci il üçün Sosial Müdafiə Fondunun büdcəsinin 920,2 milyon manat olacağı proqnozlaşdırılır. Səlim Müslümov bildirir ki, bu artımı pensiya alan hər bir kəs hiss edəcək.


İqtisadçı Qubad İbadoğlu isə deyir ki, ölkədə inflyasiyanın sürətlə artdığını nəzərə alsaq, bu artımı əhəmiyyətli hesab etmək olmaz: «Əmək pensiyalarının səviyyəsinin aşağı olduğunu, inflyasiyanın isə artan sürətlə start götürdüyünü nəzərə alsaq, son nəticədə belə qənaətə gəlmək olar ki, artım olsa da, bu ciddi və əhəmiyyətli deyil».


Cənab İbadoğlunun fikrincə, dövlət hər şeydən əvvəl inflyasiyanın bir rəqəmli həddə saxlanması üçün tədbirlər görməlidir. Anadangəlmə əlil Ramil Babayev isə növbəti ildən pensiyasına ediləcək artımın onun güzəranına az da olsa, müsbət təsir edəcəyinə inanır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG