-
Almaniya xarici işlər naziri Frank-Walter Steinmeier Beynəlxalq Futbol Federasiyasını (FİFA) köklü şəkildə yenilənməyə çağırıb.
O “Welt am Sonntag”un mayın 31-də çıxan sayında deyib ki, oyunçular, məşqçilər, hakimlər, gənc futbolçuların valideynləri və beynəlxalq “federasiya rəhbərliyindəki fırıldaqçılar arasında uçurum yaranıb”.
FİFA-nın mayın 29-da yekunlaşan konqresinin nəticələrini şərh edən Steinmeier hesab edir ki, bütünlükdə futbol “sarsıdıcı məğlubiyyət” yaşayıb. Bunu da “Deutsche Welle” yazıb.
FİFA-da korrupsiya işiylə bağlı 14 nəfərin adı keçir. Mayın 27-də Sürixdə FİFA-nın bir neçə yüksəkvəzifəli məmuru həbs olunub. Bundan başqa, FİFA-nın keçmiş vitse-prezidentinə və Çənubi Amerika futbolu üzrə Konfederasiya prezidentinə qarşı ittiham irəli sürülüb.