Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 05:44

Ombudsman aparatı Milli Preventiv Qrupunun üzvləri mayın 28-də Sabunçu və Suraxanı Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerlərində monitorinq keçiriblər.

Ombudsman aparatının yaydığı məlumata görə, məqsəd saxlanılma şəraiti, müvəqqəti saxlananlarla rəftar və onların hüquqlarının təmin olunması, o cümlədən daxili intizam qaydalarına riayət edilməsini araşdırmaq olub.

Monitorinq zamanı hər bir şəxslə ayrıca söhbət aparıldığı bildirilir.

Aparatın məlumatına görə, saxlanma şəraiti və rəftardan narazılıq edən olmayıb, müəssisə rəhbərliyinə saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG