Noyabrın 9-da 6 redaktor «Azadlıq» qəzetinin redaksiyasında aclıq aksiyasına başladı. Bu aksiyaya «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahidov, «Yeni Müsavat» qəzetinin redaktoru Rauf Arifoğlu, «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, «Qanun» jurnalının redaktoru Şahbaz Xuduoğlu və «Yeni Zaman» qəzetinin redaktoru Şahin Abbasov qatılıblar. Onlar «Azadlıq» qəzetinə qarşı bina iddialarından əl çəkilməsini, KİV-lər üçün sərfəli qaydada icarə müqavilələrinin bağlanılmasını, qəzetlərin məhkəmə cərimələrinin ləğvini tələb edirlər və prezident İlham Əliyevlə bu məsələləri müzakirə etmək istəyirlər.
«Azadlıq» blokuna daxil olan partiyalar artıq 10 gün idi ki, növbəli qaydada mətbuata təzyiqlərin dayandırılması ilə bağlı aclq aksiyası keçirirdilər. Noyabrın 9-dan onları redaktorlar əvəz edib.