Keçid linkləri

2017, 23 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 01:22

Putin Polşanı əməli əməkdaşlığa çağırıb


Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin mayın 25-də prezident seçkilərini udmuş mühavizəkar Andrzej Dudanı təbrik edərkən Polşanı əməli əlaqələrə çağırıb.

Ekzit-polun nəticələrinə görə mayın 24-də keçirilən seçkidə o 52, mərkəzçi partiyanın lideriBronislaw Komorowski isə 48 faiz səs toplayıb.

Putin ümid edir ki, iki ölkə arasında xoş qonşuluq və qarşılıqlı maraqlara hörmət əsasında əməli əlaqələr qurulması Avropada təhlükəsialik və sabitliyin möhkəmlənməsinə xidmət edəcək.

Polşa Ukraynaya müdaxiləsinə görə Moskvanın ən sərt tənqidçilərindən biridir və buna görə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulub.

Öz növbəsində Moskva Qərbdən kənt təsərrüfatı məhsullarının idxalına qadağa qoyub.

Günün bütün mövzuları

XS
SM
MD
LG