Keçid linkləri

2017, 01 May, Bazar ertəsi, Bakı vaxtı 08:29

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər mayın 25-də Dağlıq Qarabağ münaqişəsini və ikitərəfli münasibətlərin gücləndirilməsi yollarını müzakirə edəcəklər

-

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvada səfərdədir. O, rusiyalı həmkarı Sergei Lavrov-la danışıqlar aparacaq.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər mayın 25-də keçiriləcək görüşdə Dağlıq Qarabağ münaqişəsini və ikitərəfli münasibətlərin gücləndirilməsi yollarını müzakirə edəcəklər.

Məmmədyarovun Dövlət Dumasının spikeri Sergei Naryshkin və baş nazirin müavini Dmitry Rogozin-lə də görüşəcəyi gözlənir.

Nazirliyin yaydığı bəyanatda deyilir ki, bu il Rusiya və Azərbaycan arasında ticarət ötən ilin eyni dövrüylə müqayisədə 12 faiz artıb və Azərbaycanın Rusiyaya kənd təsərrüfatı məhsulları ixracını gücləndirmək üçün tədbirlər görülüb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG