Keçid linkləri

Təcili xəbərlər
2022, 17 Avqust, çərşənbə, Bakı vaxtı 08:55

Azərbaycan xəbərləri

Qızıl Xaç Komitəsi erməni hərbçisinə baş çəkib

Azərbaycan hərbi təlim keçirir, arxiv fotosu

-

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin əməkdaşları ötən ilin dekabrında Ağdam rayonunda saxlanılan Ermənistan hərbçisinə baş çəkiblər.

Qurumun Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, hərbi əsirə ailə məlumatları çatdırılıb və ondan ailəsi üçün məlumat alınıb. BQXK əsirə bir neçə gün qabaq baş çəkib.

İ. Hüseynovanın sözlərinə görə, qurum mandatına uyğun olaraq, saxlanılan şəxslərin saxlanma şəraitini və onlarla davranışı monitorinq etmək, ailələri ilə əlaqə saxlanmasına yardımçı olmaq üçün baş çəkilir.

Rəsmi məlumata görə, 2014-cü il dekabrın 26-da axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Bu zaman Azərbaycan hərbçiləri tərəfindən bunun qarşısı alınıb.


Hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç də o zaman əsir götürülüb. O, Azərbaycan Cinayət Məcəlləsinin cinayətkar birlik-təşkilatda iştirak etmə, cinayətkar birlik - təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd etmə, iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd etmə və digər maddələri ilə ittiham olunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Baqdasaryan Arsen Eduardoviç cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Bütün xəbərləri izləyin

Apellyasiya Məhkəməsi Əli Əliyevi həbsdə saxladı

Əli Əliyev

Avqustun 16-da Bakı Apellyasiya Məhkəməsi hakim Yeni Azərbaycan Partiyasının (YAP) keçmiş funksioneri Ramiz Göyüşovun iddiası ilə əlaqədar Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev barədə hökmdən şikayətə baxıb.

Əliyev özü hələ ötən iclasda prosesdə iştirakdan imtina edib, ədalət mühakiməsinə inanmadığını bildirib.

Bugün, avqustun 16-da iclas zamanı müdafiə tərəfi Əli Əliyevin həbsinin qanunsuz olduğunu bildirib və məhkəmədən ona bəraət verilməsini xahiş edib.

Vəkillər qeyd ediblər ki, məhkəmə çəkişməsinə səbəb olan müsahibədə Əli Əliyev təhqirə yol verməyib.

Məhkəmə onun haqqında hökmü dəyişməyib.

Əli Əliyev bu il yanvarın 13-də Dövlət Sərhəd Xidmətinin zabiti Emil Cəfərovun şikayəti əsasında böhtan ittihamı (Cinayət Məcəlləsinin 147.1-ci maddəsi) ilə 5 ay azadlıqdan məhrum edilib.

Əli Əliyev hökmü "siyasi sifariş" sayır

Aprelin 15-də məhkəmə Dövlət Sərhəd Xidmətinin digər zabiti Ramin Ədilovun də Əliyevə qarşı şikayətini təmin edərək, cəzanın müddətini daha bir ay uzadıb.

İddialara səbəb Əli Əliyevin mətbuatda 2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə məxsus Mİ-17 helikopteriinin qəzaya uğraması nəticəsində sözügedən zabitlərin sağ qalmasının mümkünsüz olması barədə açıqlaması olub.

Ötən ilin noyabrında rəsmən Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində bu qurumun 14 zabitinin həlak olduğu, ikisinin isə sağ qaldığı açıqlanıb.

Əli Əliyev hər iki hökmü rədd edərək, həbsini “siyasi sifariş” adlandırıb.

Rəsmilər isə Azərbaycanda sifarişli həbslərin olması ilə bağlı fikirləri qəbul etmirlər.

Göyüşovun videosu yayılandan sonra

Qeyd edilən hökmlərin ardınca iyunun 23-də Yasamal Rayon Məhkəməsi hakim Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri Ramiz Göyüşovun şikayətini də təmin edərək, Əliyevin cəzasını 1 ilədək artırıb.

2021-ci ilin sentyabrında Əli Əliyev internet televiziyalarının birinə verdiyi videomüsahibədə onun haqında da bəzi ifadələr işlətdiyindən Göyüşov onu məhkəməyə verib.

Buna 2021-ci ilin sentyabrında İnternetdə Göyüşov barədə yayılan kadrlar səbəb olub.

2021-ci ilin sentyabrında Göyüşovun şəxsi həyatına aid görüntülər yayılandan sonra o, YAP-dan çıxarılıb.

Göyüşov iddia edir ki, onunla bağlı video sosial şəbəkələrdə yayılandan sonra VİP sədri də internet televiziyalarından birində onu təhqir edib. Əliyev isə bununla razılaşmır.

Qəbulda yerlərin yarısından azı dövlət sifarişidir

Tələbələr üçün hansı iş yerləri var? - Ofisiant işləyən tələbə danışır
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

2022-2023-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul planı 51 min yerdən çoxdur. Bunu avqustun 16-da Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçimi ilə əlaqədar keçirdiyi mətbuat konfransında söyləyib.

Avqustun 16-dan başlanılan ixtisas seçimi bu ayın 28-dək davam edəcək.

M.Abbaszadənin sözlərinə görə, ötən il plan yeri 49 min 998 idi: "Plan yerlərinin 23 min 627-si dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə bu il 746 yer daha çoxdur".

M.Abbaszadənin vurğulamasına görə, bu il ali məktəblərə qəbul üçün ərizə verənlərin də sayı artıb. Onun deməsinə görə, bütün qruplar üzrə ərizə verənlərin sayı ötən il ümumilikdə 78 min 622 olub, bu il isə bu rəqəm 99 min 533 nəfərə yüksəlib.

Azərbaycan ali məktəblərinə qəbulda dövlət sifarişi olan yerlərin sayı 6-7 il əvvəl daha az idi. Bunun ümumilikdə qəbulda cəmi 25 faiz civarında olduğu açıqlanırdı. Qalan yerlərin isə ödənişli olduğu bildirilirdi.

Cəbhəçinin atası polisə aparıldığını deyir

Elnur Fərəcov

Keçmiş siyasi məhbus kimi tanınan, 2019-cu ildə vəfat edən Elnur Fərəcovun atası Hüseyn Fərəcov polisə aparıldığını bildirir.

Onun sözlərinə görə, avqustun 15-də saat 15 radələrində Neftçala rayonunda yaşadığı evinə polis əməkdaşları gələrək onu şöbəyə dəvət ediblər:

"Mən imtina etdim, rəsmi bildirişin göndərilməsini istədim. Getməyəcəyimi başa düşüb, məni oturduğum yerdən maşına qədər sürüyə-sürüyə apardılar. Nə yaxınlarıma xəbər verməyə, nə də evin qapısını bağlamağa icazə verdilər".

Fərəcov bildirib ki, onu Neftçala Rayon Polis Şöbəsinə gətiriblər:

"Orada mənə dedilər ki, ora gətirilməyimin səbəbi Facebook-da yazdıqlarımdır".

Detallara varmayan Hüseyn Fərəcovun sözlərinə görə, 2 saat çəkən söhbətdən sonra ona izahat yazdıraraq sərbəst buraxıblar:

"Şöbədə isə mənə hər hansı təzyiq olmadı".

Bu deyilənlərlə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Amma bu qurumdan buna qədər sosial şəbəkələrdə tənqidi statuslara görə, insanlara basqı göstərmələri ilə bağlı bildirilənləri təkzib ediblər.

Xatırlatma

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Fərəcov 2017-ci il mayın 5-də Cinayət Məcəlləsinin 234.2-ci (narkotik vasitələrin satış məqsədilə əldə edilməsi, saxlanması, hazırlanması) maddəsi ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilib.

Onun mənsub olduğu AXCP ittihamı rədd edərək, bunu siyasi iş kimi, təqsirləndirilən şəxsin müxalif fəaliyyəti ilə əlaqələndirib.

Ancaq rəsmilər hesab edirlər ki, Azərbaycanda heç kim dinc siyasi fəaliyyətinə görə, təzyiq və həbslərlə üzləşmir.

Onun səhhəti həbsxanada pisləşib və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Binə qəsəbəsində vərəm xəstələrindən ötrü yaradılan 3 saylı ixtisaslaşmış cəzaçəkmə müəssisəsinə (tubzon) köçürülüb.

4 ay «tubzon»da saxlanılan Elnur Fərəcov daha sonra da Penitensiar Xidmətin müalicə mərkəzinə gətirilib.

Həbsdə onun boğazında şiş olduğu müəyyən edilib. Fərəcov 2018-ci ilin ilin mayında prezidentin verdiyi əfv sərəncamı ilə azadlığa çıxıb.

O, azadlığa çıxdıqdan bir neçə ay sonra-avqustun 9-da xərçəng xəstəliyindən vəfat edib.

REAL-çının həbsdən çıxmamış yenidən həbs edildiyi deyilir

Elnur Şahverdiyev

REAL Partiyasının üzvü Elnur Şahverdiyevin inzibati həbs cəzası bitən kimi yenidən həbs olunduğu bildirilir. Bu barədə fəalın qardaşı Ramil Şahverdiyev məlumat verib. Onun sözlərinə görə, qardaşı ilk dəfə iyulun 14-də yaşadığı Astara rayonunda həbs olunub: "Həmin gün mülki geyimli polis əməkdaşları bizə məxsus təndirxanaya gəliblər və anama guya bizdən təndir alan şəxsin şikayət verdiyini deyiblər. Qardaşım isə gələn kimi onu yerə yıxıblar, sonra kobudluqla maşına mindirib aparıblar. Daha sonra Astara Rayon Məhkəməsinin qərarı ilə polisə müqavimətlə 30 sutka inzibati həbs cəzası veriblər".

R.Şahverdiyev qeyd edib ki, həbsin gerçək səbəbi qardaşının Facebook-da yazdığı statusları olub. Onun sözlərinə görə, E.Şahverdiyev dünən, avqustun 14-də həbsdən çıxmalı olsa da, onu azadlığa buraxmayıblar: "Elə dünən məhkəmə qurub yenidən inzibati qaydada 30 sutka həbs ediblər. Adını qoyublar ki, guya qardaşım narkotik istifadəçisidir. Amma bu, qətiyyən elə deyil".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və Astara Rayon Məhkəməsindən münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, tənqidi statuslara görə müxalif fikirli insanların şərlənərək həbs edilməsi ilə bağlı şikayətləri əsaslı saymırlar.

Xəzərdə suyun azalması 'Şimal' ES-ə təhlükə yaradıb

"Şimal-2" Elektrik Stansiyası

Xəzər dənizində son 20 ildə su səviyyəsinin 2 metrə yaxın aşağı düşməsi Şüvəlan qəsəbəsində yerləşən "Şimal" Elektrik Stansiyasına (ES) ciddi təhlükə yaradıb.

Bu barədə "AzərEnerji" ASC-dən bildirilib.

Söhbət Azərbaycanın ikinci böyük elektrik stansiyasından və Bakının 40 faizdən artıq ərazisini elektrik ilə təchiz edən qurumdan gedir.

"AzərEnerji" ASC-dən vurğulandığına görə, stansiyanı xilas etmək üçün Xəzər dənizində soyuq suyu dərinlikdən götürməyə imkan verən estakadanın və iki yerdə su nasos stansiyasının tikintisinə başlanılıb.

Vurğulandığına görə, əgər bu tədbirlər görülməsiydi, yaxın illərdə ümumi gücü 800 meqavat olan "Şimal-1" və "Şimal-2" elektrik stansiyalarının fəaliyyətini tamamilə dayandırması qaçılmaz olacaqdı.

Bildirildiyinə görə, bu təcrübə daha öncə "Sumqayıt" Elektrik Stansiyasında uğurla həyata keçirilib.

Şüvəlandakı "Şimal-1" elektrik stansiyası 21, "Şimal-2" isə 3 il əvvəl istismara verilib.

Balıqçı: 'Bax, dəniz burdaydı, indi 15 metr çəkilib, balıq yoxa çıxıb'
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Azərbaycan yenə mövqelərinə atəş açıldığını bildirir, Ermənistansa təkzib edir

Azərbaycan əsgəri, 29 aprel 2016

"Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 8 dəfə atəşə tutulub".

Azərbaycan Müdafiə Nazirliyinin avqustun 13-də yaydığı məlumatda belə deyilir. Nazirliyin məlumatında vurğulanır ki, atəşkəs pozuntusu həm iki ölkənin sərhəddində, həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində qeydə alınır.

Açıqlamaya görə, bunlardan 7-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər, Gədəbəy, Tovuz və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla baş verib.

"Digər 1 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla qeydə alınıb"-nazirliyin məlumatında deyilir.
Məlumatda şəxsi heyət və texnika itkisi olmadığı və adekvat cavab tədbirləri görüldüyü bildirilir.

Nazirlik həmçinin qeyd edir ki, baş verən hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Müdafiə Nazirliyi bildirir ki, son vaxtlar Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ermənistanın Müdafiə Nazirliyi isə sözügedən məlumatı “daha bir dezinformasiya” kimi qiymətləndirir və “Azərbaycan-Ermənistan" sərhədində vəziyyətin nisbətən sabit olduğunu qeyd edir.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44-günlük savaş nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

20 Yanvarda həlak olanların ailələri narazıdır

Aksiya

32 il öncə, 1990-cı ildə Azərbaycanda 20 Yanvar hadisələri zamanı həlak olanların yaxınları bu gün, avqustun 12-də Bakıda Şəhidlər Xiyabanında etiraz aksiyası keçiriblər. Onlar həlak olan yaxınlarına fəxri ad verilməməsindən və diqqətsizlikdən narazı olduqlarını bildiriblər.

Aksiya iştirakçılarının sözlərinə görə, onlar dəfələrlə məsələ ilə bağlı müraciət etsələr də, problem həllini tapmır. Onlar vurğulamasına görə, 1998-ci ildə prezident 20 Yanvarda həlak olanların ailələrinə diqqət göstərilməsi ilə bağlı fərman da imzalayıb. "Amma indiyə qədər sənədləşmə aparılmayıb, döş nişanı və vəsiqə verilməyib. Hamısı qalıb sözdə. Biz saysız-hesabsız kollektiv məktublar yazırıq, qəbullara gedirik, bizi heç kəs eşitmir", -onlardan biri deyib.

Aksiyaçılar qeyd edib ki, onlara verilən pensiyanın məbləği də azdır: "Əməliyyat olunmalı şəxslər var. 500 manat pensiya ilə necə əməliyyat olunsun?".

Aksiya insidentsiz başa çatıb.

Rəsmilər nə deyir?

Aksiyaya, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma onlar, bir qayda olaraq, deyirlər ki, 20 Yanvarda həlak olanların ailələri sosial müdafiə tədbirləri ilə əhatə olunub

Rəsmi açıqlamaya görə, bu ilə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 135 belə ailəni və həmin hadisələrdə yaralanan 20 əlili mənzillə təmin edib. Habelə qeyd edilənə görə, 100-dək 20 Yanvar əlilinə minik avtomobili verilib.

Xatırlatma

1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə (sonrakı günlər də davam edib) SSRİ silahlı qüvvələri Azərbaycan SSR-nin paytaxtı Bakıda qırğın törədib. Həmin hadisələr zamanı 130-dən çox şəxsin həlak olduğu, 700-dən çox şəxsin isə yaralandığı açıqlanıb.

Azərbaycan həmin hadisələri azadlıq mübarizəsinin boğulması kimi dəyərləndirir.

Laçından yan keçəcək yolun tikintisi yekunlaşıb

Laçın şəhərindən yan keçən avtomobil yolu

Laçın şəhərinə daxil olmadan keçəcək yeni avtomobil yolunun Azərbaycan hissəsində tikinti artıq yekunlaşıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Yolun tikintisinə 2021-ci ilin iyulunda başlanılıb. Ümumi uzunluğu 32 km təşkil edir. Bundan 10 km Ermənistan ərazisində yerləşir.

Razılaşma…

1 il 9 ay əvvəl - noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanatda Laçın dəhlizinə alternativ yolun çəkilməsi nəzərdə tutulub. Bəyanatın 6-cı bəndinə əsasən, 3 il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitəni təmin edən yeni bir nəqliyyat marşrutunun inşası üçün bir plan hazırlanmalı idi. Həmin bu marşrutu qorumaq üçün sonra orada yenidən Rusiya sülhməramlı kontingenti yerləşdirilməlidir.

Bu barədə Prezident İlham Əliyev də üçtərəfli razılaşmadan sonra Laçın rayonunun boşaldılması ilə bağlı xalqa müraciətində danışmışdı: "Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaq…".

Yeni yolun istifadəsindən sonra Laçın şəhəri və daha bir neçə kənd Azərbaycanın nəzarətinə keçməlidir.

Laçında məskunlaşmış ermənilər: Ayın sonunadək şəhərdən çıxmalıyıq
Gözlə

No media source currently available

0:00 0:02:33 0:00

Ermənistan tərəfindən görülən işlər…

Bugünlərdə yeni yolun inşasına öz hissəsində Ermənistan da başlayıb. Yolun Kornidzor sektorunun tikintisi gələn ilin yazında başa çatmalıdır.

"4-kilometrlik qrunt yolu var. Bu yol hazırda işləyən magistrala birləşir. Bu yolun bir hissəsi Ermənistanın, digər hissəsi isə Azərbaycanın nəzarət etdiyi əraziyə düşür. Biz müvəqqəti olaraq bu 4-kilometrlik yoldan istifadə edəcəyik. Əsas yol tikilənə qədər bu yol dəhliz məntiqi ilə işləyəcək", - Dağlıq Qarabağda tanınmayan qurumun təmsilçisi Viktoriya Petrosyan deyib. Onun sözlərinə görə, bu yol da Rusiya sülhməramlılarının nəzarəti altında olacaq.

Bu da xəbər verilir ki, avqustun 25-dən sonra Qarabağ və Ermənistan arasında hərəkət Azərbaycanın Həkəri çayı üzərindən saldığı körpüdən keçəcək.

Bu il avqustun 2-də rəsmi Bakı qarşı tərəfə Laçın dəhlizinin boşaldılması haqqında bəyanat vermişdi.

Müdafiə nazirliyi Qarabağda bir sıra yüksəkliklərin nəzarətə alındığını bildirir
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44-günlük savaş nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Azərbaycan və Türkiyə prezidentləri Konyada görüşüblər

Görüş

Avqustun 9-da Konya şəhərində Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.

AZƏRTAC-ın xəbərinə görə, söhbət zamanı iki ölkə arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb.

Məlumata görə, R.T.Ərdoğan Qarabağdakı son hadisələrlə əlaqədar bir daha Türkiyənin dəstəyini ifadə edib.

Bildirildiyinə görə, görüşdə bölgədə postmünaqişə dövrü ilə bağlı fikir mübadiləsi aparılıb, iqtisadi, enerji, nəqliyyat və hərbi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Avqustun 9-da İ.Əliyev Türkiyəyə səfər edib. O, Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə qatılıb.

Laçında məskunlaşmış ermənilər: Ayın sonunadək şəhərdən çıxmalıyıq
Gözlə

No media source currently available

0:00 0:02:33 0:00

Xatırlatma

Son həftələr (avqustun 3-dən etibarən) Qarabağda vəziyyət yenidən gərginləşib. Azərbaycan qarşı tərəfi provokasiyada günahlandırıb, bir əsgərin həlak olduğunu, buna cavab olaraq Qarabağda bəzi yüksəkliklərə nəzarəti bərpa etdiyini bildirib.

Qarabağdakı tanınmayan qurum isə iki əsgərin öldürüldüyünü, 15 nəfərin yaralandığını deyir. Onlar Azərbaycan qüvvələrini təmas xəttini pozmaqda ittiham edirlər. Rusiya Müdafiə Nazirliyinin bu məsələlərlə bağlı həmin vaxt məlumatında da atəşkəsin Azərbaycan tərəfdən pozulduğu vurğulanırdı.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük savaş nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Ağdamda xəstəxana əməkdaşları zəhərlənib

Təcili Tibbi Yardım

Avqustun 9-da Ağdam Rayon Mərkəzi Xəstəxanasının 12 əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib: "Onların hər birinin vəziyyəti stabil olaraq qiymətləndirilir. Hazırda müalicələri davam etdirilir, onların vəziyyəti TƏBİB rəhbərliyinin nəzarətindədir".

Hazırda zəhərlənmənin səbəbinin araşdırıldığı bildirilir.

Məsələyə, hələlik, xəstəxana əməkdaşlarının özündən münasibət almaq mümkün olmayıb.

İlham Əliyev Türkiyəyə gedib

İ.Əliyev

Bu gün, avqustun 9-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfər edib.

Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gerçəkləşib.

Bu səfər çərçivəsində İ.Əliyevin R.T.Ərdoğan və başqa rəsmilərlə görüşü nəzərdə tutulur. Həmin görüşlər çərçivəsində həm iki ölkə arasında əməkdaşlıq və həm də regional məsələlərin müzakirəsi gözlənir.

Əbülfəz Məlikov həbs edilib

Əbülfəz Məlikov

"Broker" MMC-nin rəhbəri Əbülfəz Məlikov həbs edilib.

Səbail Rayon Məhkəməsindən "Turan"a verilən məlumata görə, istintaq orqanın təqdimatına əsasən, avqustun 7-də Ə.Məlikov barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Onun "gömrükçülərin işi" üzrə saxlanıldığı bildirilir. Ə.Məlikov gömrük rəsmiləşdirilməsi sahəsində "brokerlik fəaliyyəti" ilə tanınır. Ona qarşı xüsusilə böyük məbləğdə vergi və gömrük ödənişlərindən yayınma, həmçinin vəzifə saxtakarlığı ittihamları irəli sürülüb.

Bu məlumatlara, hələlik, ondan və ya vəkilindən münasibət almaq mümkün olmayıb.

Ə.Məlikovun adı mətbuatda illərdir Azərbaycanda gömrükdə monopoliyanın yaradılmasında hallanıb. Amma onun özü belə iddiaları yalanlayıb.

İyulun 16-da Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tutduğu vəzifədən azad edilib.

Bundan az öncə Dövlət Təhlükəsizliyi Xidməti Gömrük Komitəsinin dörd vəzifəli şəxsinin saxlanılması haqqında məlumat yayıb. Onlar dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətalma maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər.

'Rüşvət onların qanına hopub' - Gömrükdəki həbslərlə bağlı sorğu
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

Ceyhun Bayramov Ankaraya gedib

C.Bayramov

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə paytaxtı Ankaraya səfər edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, səfərin məqsədi Türkiyə Respublikasının 13-cü Səfirlər konfransında iştirak etməkdir.

Avqustun 8-dən 12-dək davam edəcək konfrans Ankara, Nevşəhir və Kayseri şəhərlərində olacaq.

Konfrans bu ölkənin diplomatiyasına həsr olunub.

Müdafiə Nazirliyi Buzluq dağı və ətraf yüksəkliklərin nəzarətə alındığını bildirir

Azərbaycan Müdafiə Nazirliyinin binası, arxiv foto

Azərbaycanın Müdafiə Nazirliyi Buzluq dağı və ətrafındakı yüksəkliklərin nəzarətə alındığını bildirir.

Bu barədə avqustun 6-da Müdafiə Nazirliyinə istinadla Azərbaycanın rəsmi xəbər agentliyi AzərTac məlumat yayıb.

" Bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Buzdux (Buzluq-AR) dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib." -açıqlamada deyilir.

Rəsmi xəbərlə yanaşı sosial şəbəkələrdə sözü gedən dağla bağlı olduğu iddia olunan video paylaşılıb. Həmin videoda Azərbaycan hərbçiləri bir yüksəkliyə Azərbaycan bayrağını sancırlar. Bundan başqa Azərbaycan əsgərlərinin yanında əlində Rusiyanın bayrağı olan Rusiya hərbçisi də görünür.

Müdafiə nazirliyi Qarabağda bir sıra yüksəkliklərin nəzarətə alındığını bildirir
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

Üç gün əvvəl də Müdafiə nazirliyi bir neçə yüksəkliyin nəzarətə götürüldüyü bildirib.

Nazirliyin avqustun 3-də yaydığı məlumatda qeyd olunur ki, qeyri-qanuni erməni silahlı dəstələri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.

Elə həmin gün, bu, əməliyyat xəbərindən əvvəl nazirlik atəşkəsin pozulması nəticəsində bir Azərbaycan əsgərinin həlak olduğunu bildirib.

Azərbaycan Ordusunun keçirdiyi cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb-Nazirliyin avqustun 3-də yaydığı açıqlamada deyilir.

Qarabağdakı tanınmayan qurum isə 2 əsgərin öldürüldüyünü, 15 nəfərin yaralandığını bildirib. Həm də separatçı qurum atəşkəsin pozulmasında Bakını günahlandırıb.

Bundan başqa Rusiyanın Müdafiə Nazirliyinin yaydığı bülletendən atəşkəsin Azərbaycan tərəfdən pozulduğu iddia olunub. Azərbaycanın Müdafiə Nazirliyi isə bütün iddiaları rədd edir.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona ( Kəlbəcər rayonu daxil) nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Laçında məskunlaşmış ermənilər: Ayın sonunadək şəhərdən çıxmalıyıq
Gözlə

No media source currently available

0:00 0:02:33 0:00

Hərbi qulluqçunun minaya düşüb həlak olduğu bildirilir

Minaaxtaranlar

Kəlbəcər hərbi prokurorluğundan isə bildirilib ki, hərbi prokurorluğun əməkdaşları  hadisə yerinə baxış keçirib, məhkəmə-tibb ekspertizası təyin edilib

İşğaldan azad edilən Kəlbəcər rayonunun şərqində mina partlaması nəticəsində avqustun 5-də Azərbaycan ordusunun hərbi qulluqçusu Babək Əsgər oğlu Əliyevin həlak olduğu deyilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Kəlbəcər hərbi prokurorluğundan isə bildirilib ki, hərbi prokurorluğun əməkdaşları hadisə yerinə baxış keçirib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Açıqlamaya görə, aparılmış ilkin araşdırmalarla Babək Əliyevin rayon ərazisində xidməti vəzifələrini icra edərkən piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olması müəyyən edilib:

“Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.Hazırda istintaq davam edir.”

Amma, hələlik, hadisəyə hərbi qulluqçunun yaxınlarından münasibət almaq mümkün olmayıb.

Mina itkiləri

Azərbaycan rəsmiləri deyirlər ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra işğaldan azad edilən ərazilərdə 250-ə yaxın şəxs minaya düşüb. Onlardan 40-a yaxının həlak olduğu bildirilir.

Üçtərəfli bəyanatın imzalanmasından bir müddət sonra, Azərbaycan rəsmiləri Ermənistan tərəfini minalanmış ərazilərin xəritələrini onlara verməməkdə günahlandırırdı.

Lakin sonra Azərbaycanda tutulan Ermənistan hərbçilərindən bir neçə qrupunun təhvil verilməsi əvəzi azad olunan bir sıra rayonlara aid mina xəritələrinin geri alındığı açıqlanmışdı.

Amma sonradan da Azərbaycan Prezidenti həmin xəritələrin reallığı böyük ölçüdə əks etdirməməsi ilə bağlı narazılığını bildirdi.

Buna cavab olaraq Ermənistan baş naziri Nikol Paşinyan deyib ki, “Biz əlimizdə olan xəritələri Azərbaycana verdik.

O, əlavə edib ki, onlar “yaxşısını siyirtmədə saxlayıb, pis keyfiyyətdə olanı verməyiblər”

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona ( Kəlbəcər rayonu daxil) nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Azərbaycan Ordusunun iki əsgəri həlak olub

Sıldırım qayalıqlardan qopan qaya parçası  müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyevin  və əsgər Tahir Çingiz oğlu Əliyevin üstünə düşüb

İkinci əsgər də vəfat edib

Avqustun 5-də Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət aldığı bildirilən əsgər Tahir Çingiz oğlu Əliyev də vəfat edib.

Müdafiə Nazirliyindən də bu məlumatı təsdiq ediblər.

***

Avqustun 5-də Laçın rayonunda bir Azərbaycan hərbi quluqçusunun həlak olduğu, başqa birinin isə xəsarət aldığı bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd edilir ki, çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyevin və əsgər Tahir Çingiz oğlu Əliyevin üstünə düşüb.

Məlumata görə, nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Müxtəlif bədən xəsarətləri almış əsgər T.Əliyevin vəziyyəti isə ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açıldığı, araşdırma aparıldığı bildirilir.

Amma bu rəsmi məlumata, hələlik, həmin hərbi qulluqçuların yaxınlarından münasibət almaq mümkün olmayıb.

Rusiya gəmiləri Bakıda

Rusiya gəmisi Bakı limanında

Rusiya Hərbi Dəniz Donanmasının gəmiləri və şəxsi heyəti avqustun 5-də Bakıya gəliblər

Rusiya Hərbi Dəniz Donanmasının (HDD) gəmiləri və şəxsi heyəti avqustun 5-də Bakıya gəliblər.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, onlar Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün Bakıya gəlib.

İyulun axırlarında Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) "G-121" və “G-129” gözətçi gəmiləri də Rusiyada səfərdə olub.

Gəmilər Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında birgə hərbi fəaliyyətlər planına uyğun olaraq Rusiyaya səfər etmişdi.

Xatırlatma

2015-ci ildən hər il “Beynəlxalq Ordu Oyunları” keçirilir. 2022-ci il “Beynəlxalq Ordu Oyunları” avqustun 13-dən 27-dək baş tutacaq. Ümumilikdə 36 yarışın keçirilməsi nəzərdə tutulub.

Bu yarışlar 12 dövlətin ərazisində keçiriləcək: (Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Venesuela, Vyetnam, İran, Hindistan, Qazaxıstan, Çin, Rusiya, Özbəkistan).

İlk “Beynəlxalq Ordu Oyunları” Rusiyada keçirilib.

Azərbaycan və Rusiya müdafiə nazirləri danışıb

Zakir Həsənov (solda) və Sergey Şoyqu (Arxiv fotosu)

Azərbaycan Müdfiə Nazirliyinin açıqlamasına görə, telefon danışığı Sergey Şoyqunun təşəbbüsü ilə gerçəkləşib

Avqustun 2-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu ilə Azərbaycan müdafiə naziri Zakir Həsənov arasında telefon danışığı olub.

Azərbaycan Müdfiə Nazirliyinin açıqlamasına görə, telefon danışığı Sergey Şoyqunun təşəbbüsü ilə gerçəkləşib.

“Telefon danışığı zamanı tərəflər regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”, - məlumatda qeyd edilir.

Bu telefon söhbəti Qarabağda atəşkəsin pozulması xəbərləri fonunda baş tutur. Son günlər Qarabağdakı separatçı rejim Azərbaycan qüvvələrini təmas xəttini pozmaqda ittiham etsə də, Müdafiə Nazirliyi bu xəbərləri təkzib edir.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Qarabağda ermənilərin yaşadığı hissələrə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.

Avqustun 1-də Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisi Karen Donfrid ilə telefon söhbətində Qarabağdakı erməni silahlı birləşmələrin hələ də çıxarılmamasına toxunmuşdu. Ermənistan rəhbərliyi sentyabradək ordusunu Qarabağdan çıxaracağını, Azərbaycanın qanunsuz hesab etdiyi yerli "özünümüdafiə" dəstələrinin isə qalacağını bildirib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Daşkənddə Azərbaycan-Türkiyə-Özbəkistan üçtərəfli görüşü olub

Məlumata görə, avqustun 2-də Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü keçiriləcək

Bu gün, avqustun 2-də Daşkənd şəhərində Azərbaycan, Türkiyə, Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan tərəfdən xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iştirak ediblər.

Məlumata görə, nazirlər gündəlikdə duran mövzular üzrə çıxışlar səsləndiriblər:

“Görüşdə xarici siyasət, regional əməkdaşlıq imkanları ilə bağlı məsələlər, üç ölkənin iqtisadiyyat, ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlığın tam potensialının həyata keçirilməsi üçün görülən işlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, energetika sahəsində, xüsusilə bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.”

***

Bugün, avqustun 2-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan paytaxtı Daşkəndə yola düşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, avqustun 2-də Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü keçiriləcək.

Görüşdə üç ölkə arasında siyasi, iqtisadi, nəqliyyat və başqa sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilməlidir.

Saray bələdiyyəsinin sədri həbs edilib

İllüstrativ foto

Bununla bağlı bugün, avqustun 1-də Baş Prokurorlugun məlumatında bildirilib

Abşeron rayonu Saray bələdiyyəsinin sədri və başqa şəxslər həbs edilib.

Bununla bağlı bugün, avqustun 1-də Baş Prokurorlugun məlumatında bildirilib.

Məlumatda qeyd edilib ki, ayrı-ayrı bələdiyyələrin vəzifəli şəxslərinin əməlləri ilə əlaqədar baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı zamanı bir sıra vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin edilib.

Söhbət Abşeron rayon Saray bələdiyyəsinin sədri Məhi Həsənovdan, Əmlak Məsələləri Dövlət Xidmətinin ( ƏMDX) Xaçmaz ərazi şöbəsinin müdiri Aydın Cəfərovdan, Qəbələ ərazi şöbəsinin müdiri Baği Məsimovdan və Sumqayıt şəhər bələdiyyəsinin şöbə müdiri Şıxəli Abbasovdan gedir.

Onlar bu il iyulun 30-da həbs ediliblər:

“Cinayət Məcəlləsinin 308.2 ( vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvətalma), 311.3.2 (təkrar rüşvətalma), 32.5, 311.3.1 (rüşvət almaqda köməkçilik) və 312.1-ci (rüşvətvermə) maddələri ilə… barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

Amma, hələlik, ittihama sözü gedən vəzifəli şəxslər və ya onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

Tel-Əviv - Moskva  təyyarəsi Bakıya məcburi enib

İllüstrativ foto

Bu, bir  sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar (ürəktutma) baş verib

Bugün, avqutun 1-də Tel-Əviv - Moskva marşrutu üzrə reys yerinə yetirən "El Al İsrael Airlines" aviaşirkətinin hava gəmisinin kapitanı Bakı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili enmək üçün müraciət edib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan “Turan” İnformasiya Agentliyinə bildirilib ki, bu bir sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar (ürəktutma) baş verib.

Qurumdan vurğulandığına görə, təyyarə yerli vaxtla saat 12:44 dəqiqədə Bakı hava limanına enib.

“Təəssüflər olsun ki, sərnişin uçuş zamanı vəfat edib” - Bakı Beynəlxalq Aeroportundan qeyd edilib.

Azərbaycanın peyk xidmətlərindən  gəliri azalıb

2022-ci ilin iyun ayında isə “Azərkosmos” dünyanın 32 ölkəsinə 2,3 mln. dollar dəyərində xidmət ixrac edib

Bu ilin yanvar-iyun aylarında “Azərkosmos” dünyanın 34 ölkəsinə 13,1 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatı əsasında aparılan hesablamalara görə, 2021-ci ilin uygun göstəricisi ilə müqayisədə peyk operatorunun əldə etdiyi gəlir 8,9 mln. dollar və ya 40,4 faiz azalıb.

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizini təşkil edib.

2022-ci ilin iyun ayında isə “Azərkosmos” dünyanın 32 ölkəsinə 2,3 mln. dollar dəyərində xidmət ixrac edib.

Gəlirin azalmasına, hələlik, “Azərkosmos” açıq səhimdar cəmiyyətinin (ASC) özündən münasibət almaq mümkün olmayıb.

Azərbaycan hazırda iki telekommunikasiya peykinə malikdir.

Xatırlatma

“Azərkosmos” 2010-cu ildə təsis edilib. Onun idarəçiliyində ilk peyk - “Azerspace-1” 2013-cü ildə Fransız Qvianasında yerləşən Kuru kosmodromundan bu ölkənin “Arianespace” şirkətinə məxsus “Ariane-5” daşıyıcı raketi vasitəsilə 46° şərq uzunluğu orbital mövqeyinə çıxarılıb. Peyki ABŞ-ın “Orbital Sciences” korporasiyası istehsal edib.

“Azərkosmos” 2014-cü ildə Azərbaycan və Fransa arasında imzalanan müqaviləyə əsasən sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” peykini təhvil alıb. “Azerspace-2“ 2018-ci il sentyabrın 26-da 45° şərq uzunluğu orbital mövqeyinə buraxılıb.

MN: ‘Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub’

Azərbaycan ordusunun əsgəri təlimdə, oktyabr 2021

Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, iyulun 30-u axşam saatlarından başlayaraq 31-i gecə ərzində Ermənistan silahlı qüvvələri dövlət sərhədinin Gədəbəy və Kəlbəcər rayonları istiqamətlərindəki Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Nazirliyin məlumatında görə, Azərbaycan ordusunun mövqeləri Rusiya sülhməramlılarının müvəqəti yerləşdiyi ərazilərdən də atəşə tutulub.

"...Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonunun Əmiranlar yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri də müxtəlif çaplı atıcı silahlar və snayper tüfənglərindən atəşə tutulub. Qeyd olunan istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb."-Müdafiə nazirliyinin məlumatında vurğulanır.

Bir gün əvvəl olduğu kimi Azərbaycan Müdafiə nazirliyinin atəşkəs pozuntusu ilə bağlı məlumatını Ermənistanın müdafiə təkzib edir.

Hələki atəşkəs pozuntusuna Rusiya sülhməramlı kontingentin mövqeyi bəlli deyil.

Xatıarlatma

1988-ci ildə başlanan Qarabağ münaqişəsi az sonra Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalarla nəticələnib.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

MN: Kəlbəcər və Laçında yerləşən mövqelərimiz atəşə tutulub

Azərbaycan ordusunun xüsusi hərbi bölmələri təlimlərdə, 6 may 2022

Müdafiə nazirliyi Kəlbəcər və Laçında yerləşən Azərbaycan ordusunun mövqelərinin qonşu Ermənistan ərazisindən atəşə tutulduğunu bildirir. Nazirliyin məlumatında deyilir:

"İyulun 30-u günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.
Bölmələrimiz tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub"- rəsmi açıqlamada vurğulanır.

Ermənistan Müdafiə Nazirliyi isə Azərbaycan tərəfinin yaydığı məlumatı təkzib edir və iki ölkə sərhəddində vəziyyətin "nisbətən sabit" olduğunu bildirir.

Xatıarlatma

1988-ci ildə başlanan Qarabağ münaqişəsi az sonra Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalarla nəticələnib.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Baş Prokurorluq media və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edir

Baş Prokurorluğun binası, Bakı, arxiv foto

Hüquqşunas Ələsgər Məmmədli hesab edir ki, "Prokurorluq Media haqqında Qanunun 14-cü maddəsinə istinad edir. 14-cü maddədəki tələblər isə şəxslərə yönəlik tələb deyil..."

Azərbaycanın Baş Prokurorluğu ölkə mediasına və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edir.

Baş Prokurorluğun iyulun 30-da yaydığı həmin xəbərdarlıqda deyilir ki, aparılan monitorinqlərlə müəyyən edilib ki, mediada informasiyanın dərc olunması zamanı bəzi hallarda “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.11-ci maddəsinin tələbləri, yəni faktların və hadisələrin qərəzsiz və obyektiv təqdim olunması, birtərəfliliyə yol verilməməsi haqqında tələblərə riayət olunmayıb.

Media haqqında Azərbaycan Respublikasının Qanunu:  Maddə 14. Mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər -14.1.11. faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir;

Məlumatda deyilir:

"İctimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün aidiyyəti şəxslər Baş Prokurorluğa dəvət olunmaqla barələrində prokuror təsir tədbirləri görülüb".

Baş Prokurorluğun məlumatında bir neçə nəfərin ad çəkilir və onlara xəbərdarlıq edildiyi bildirilir:

"Səxavət Məmmədov, Rövşən Məmmədov, Zülfüqar Ələsgərov, Elgün Rəhimov, Füzuli Qəhramanı, Zeynal Baxşiyev və Ruslan İzzətliyə “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib" -məlumatda bildirilir.

Prokurorluq haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 22. Xəbərdarlıq -Qanun pozuntularından çəkindirmək məqsədi ilə prokuror və ya onun müavini vətəndaşa və ya vəzifəli şəxsə rəsmi xəbərdarlıq edir.

"Media subyektləri və sosial şəbəkə istifadəçilərinə müraciət edərək bir daha bildirir ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur"- Baş Prokurorluğun məlumatında bildirilir.

Hüquqşünas mövqeyi: Prokurorluğun imicini yerlə -yeksan edən xəbərdarlıq

Ələsgər Məmmədli, 25 sentyabr 2012
Ələsgər Məmmədli, 25 sentyabr 2012

Xəbərdarlığı özünün Facebook səhifəsində şərh edən Media üzrə hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, məlumatı oxuyanda bunu hazırlayanların və ötürənlərin ciddi şəkildə Prokurorluğun imicini yerlə-yeksan etdiyini görürük.

"Ölkənin hüquq sisteminin ən önəmli "gözətçisi" olan bir qurumun adından belə bir məlumat necə paylaşılır? Sadəcə ağıl almır".

Hüquqşünas sual edir ki, bəs bu məsələdə " ağıl almayan nədir?"

"Prokurorluq Media haqqında Qanunun 14-cü maddəsinə istinad edir. 14-cü maddədəki tələblər isə şəxslərə yönəlik deyil, mediaya yönəlik tələbdir. Zatən maddənin adı da belədir: "Maddə 14. Mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər"

Qanunvericilik fərdə balanslı informasiya yayma öhdəliyi qoya bilməz

Ələsgər Məmmədli yazır ki, sözü gedən bu tələb fərdlərə, sosial media istifadəçilərinə deyil, qanunda 1-ci maddədə anlayışlar hissəsində media subyekti kimi tanınan, ifadə edilən media subyektlərinə aiddir.

"Ruslan İzzətli, Səxavət Məmməd və s. adda media subyekti mövcud deyil. 14-cü maddəni fərdləri sıraya düzmək üçün istifadə edə bilməzsiz!" deyə hüquqşünas bildirir.

Ələsgər Məmmədli həmçinin qeyd edir ki, fərd öz statusunda mövqeyini ifadə edir və qanunvericilik ona balanslı informasiya yayma öhdəliyi qoya bilməz.

"Adından göründüyü kimi fərdin şəxsi mülahizələridir, düşüncələdidir yayır, tənqid edir və s. Halbuki, Prokurorluğun isnad etdiyi yarımbənddə "birtərəfliliyə yol verməmək" şərtini görürük. Bu şərt sosial media istifadəçisinə yox, media subyektinə yönəlik tələbdir. Bəli, media birtərəfliliyə yol verməməlidir. Yəni AZTV, İTV, REAL TV, AZƏRTAC və s media subyektləri birtərəfli məlumat yaymamalıdırlar".

Hüquqşünas Ələsgər Məmmədli: Bu şərt sosial media istifadəçisinə yox, media subyektinə yönəlik tələbdir. Bəli, media birtərəfliliyə yol verməməlidir. Yəni AZTV, İTV, REAL TV, AZƏRTAC və s media subyektləri birtərəfli məlumat yaymamalıdırlar"

Hüquqşunas bildirir ki, əgər Prokurorluq media subyektlərinin "birtərəfliliyini" monitorinq edib xəbərdarlıq edəcəksə, gərək yuxarıda adlarını yazdığı və yazmadığı bütün media subyektlərinin hər saat başı xəbərlərindən sonra onlara bir xəbərdarlıq etsin.

Ələsgər Məmmədli medianın fəaliyyətinə bu qədər kobud və qanunsuz müdaxilənin yolveriməz olduğunu bildirir.

"Medianı monitorinq etmək, onun peşə davranış qaydalarına görə balanslı olub-olmadığını müəyyən etmək onun özünütənzimləmə qurumunun işi ola bilər, prokurorluğun yox..." hüquqşünas bildirir.

Davamı

XS
SM
MD
LG