Keçid linkləri

2017, 23 Sentyabr, şənbə, Bakı vaxtı 09:49

İlham Əliyev:"günahsız insanların ölümündə əli olanlar cəzalandırılacaq"


İlham Əliyev

“Günahsız insanların ölümündə əli olan bütün qurumlar və insanlar cəzalandırılacaq və çəza çox ciddi olacaq”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda baş verən yanğınla bağlı Dövlət Komissiyasının mayın 20-də keçirilən ilk iclasında deyib.

Prezident qeyd edib ki, hazırda Bakıda oxşar materialla üzlənmiş kifayət qədər bina var:

“Bakı şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinə həmin binalarda təcili araşdırma aparılması və təhlükəli üzlüklərin sökülməsini göstəriş vermişəm.

Mayın 19-da Azadlıq prospektindəki 16-mərtəbəli binada baş verən yanğın nəticəsidə 15 adam ölüb, 50-dən çox adam yaralanıb.

Bakı Şəhər İcra Hakimiyyəti sakinlərə kompensasiya verildiyini və binanın 3 aya təmir edilib sahiblərinə qatarılacağını bildirib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG