Keçid linkləri

2026, 17 Aprel, cümə, Bakı vaxtı 16:29

Riqada «Şərq tərəfdaşlığı» sammiti öncəsi Bakı tənqidlərlə üzləşdi

Avropa İttifaqı (Aİ) Şurasına sədrlik edən Latviya mayın 21-22-də Riqada «Şərq tərəfdaşlığı» (ŞT) Proqramının üzvü olan ölkələrin sammitini keçirir.

Müşavirədə Aİ-nin 28 ölkəsinin və altı «Şərq Tərəfdaşlığı» dövlətinin təmsilçiləri, habelə Aİ təsisatlarının siyasi rəhbərliyi iştirak edirlər.

Avropa İttifaqının «Şərq Tərəfdaşlığı» layihəsi 2009-cu ildə Praqada Ukrayna, Moldova, Azərbaycan, Ermənistan, Gürcüstan, Belarusa təqdim olunub. Layihə Avropa İttifaqının bu altı keçmiş SSRİ ölkəsi ilə inteqrasiya əlaqələrinin inkişafına yönəlib.

Canlı bloqun postları ardıcıllıqla yerləşdirilib. Ən son məlumat ən əvvəldə verilib. Bloqunda sonunda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək olar.

15:38 20.5.2015
Dunja Mijatović
Dunja Mijatović

«Gərək hər şeyi öz adı ilə deyək»

«Araşdırmaçı-jurnalist Xədicə İsmayıl heç bir əsas olmadan həbsdə saxlanır. RATİ-nin rəhbəri Emin Hüseynov bir neçə aydır səfirlikdə gizlənməli olub. Rəsul Cəfərov və digərləri məhz söz azadlığına görə həbsdədilər. Ümumi vəziyyətə baxın. Biz burada danışırıq, amma onlar həbsdədirlər. Buna görə biz gərək hər şeyi öz adı ilə deyək. Bu cür vəziyyətdə olan ölkələrin xarici işlər nazirləri gerçəkləri inkar edirlər. Avropa Birliyi bu cür ölkələrlə müsanibətlərdə müəyyən məsələləri dəqiqləşdirməlidir».

ATƏT-in media azadlıgı uzrə xususi numayəndəsi Dunja Mijatović Riqada ««Şərq tərəfdaşlığı»nda mətbuatın rolu» adlı konfransda belə deyib. O bildirib ki, «Şərq Tərəfadaşlığı»na üzv ölkələrdə, özəlliklə Belarus, Azərbaycan və Erminəistanda media təhdid alındadır:

«Azərbaycan hökuməti bildirir ki, onlar konret cinayət əməllərinə görə həbs olunublar, hansısa faəliyyətlərinə görə yox. Mən bu fikirlərlə razı deyiləm. İnsanlar azad söz, fikir azadlığına görə təqib olunur. Məsələn, Emin Hüseynov bir neçə aydır İsveçrənin Azərbaycandakı səfirliyində saxlanılır. Dəfələrlə müraciətlərimizə baxmayaraq, hər hansı addım atılmır».​

15:42 20.5.2015
Nils Muižnieks
Nils Muižnieks

«Bu il daha ağır olacaq»

Avropa Şurasının insan haqları komissarı Nils Muižnieks 2014-cü ili Azərbaycanda medianın durumu baxımından ağır il kimi qiymətləndirib:

«2015-də vəziyyətin daha ağır olacağı gözlənilir. Ən həyəcandoğuran vəziyyətdə olan ölkələrdən biri Azərbaycandır. Burada çoxsaylı jurnalist və bloggerlər həbsdədir. Mənim əməkdaşlıq etdiyim şəxslərin, az qala, hamısı dəmir barmaqlıqlar arasındadır».

Nils Muižnieks həbsdə olan jurnalistlərə qarşı irəli sürülən ittihamlardan danışıb:

«Həbsdə olanlardan biri də Hilal Məmmədovdur. Ona qarşı absurd ittiham irəli sürülüb. Həm narkotik saxlama, həm də casusluq, dövlətə xəyanətdə ittiham olunur. Mən onula görüşəndə, o özü də nəyə görə həbs olunduğunu belə anlaya bilmirdi. Hilal Məməmmədov deyirdi ki, mən eyni zamanda həm narkotik ticarətçisi, həm də casus necə ola bilərəm? Mən bu problemi hakimiyyət qarşısında qaldırsam da, heç bir nəticəsi olmamışdı».

16:46 20.5.2015
İlham Əliyev
İlham Əliyev

İlham Əliyev Riqa sammitinə getmir

apa bildirir ki, prezident Əliyevin Riqa sammitində iştirak etməməsi son zamanlar Qərbdə Azərbaycana qarşı «qərəzli kampaniyanın həyata keçirilməsinə, Avropa mərkəzlərindən idarə olunan QHT-lərin anti-Azərbaycan fəaliyyəti»nə reaksiyadır. Ətraflı burada

18:56 20.5.2015
Ales Bialiatski
Ales Bialiatski

«Azərbaycanda vəziyyət Amerika dağları kimidir»

«Əvvəllər Belarus prezidenti Alexander Lukashenko Avropanın sonuncu diktatoru idi, indi İlham Əliyev onu qabaqlayır».

Bunu Riqada Vətəndaş Cəmiyyəti Forumunda çıxışı zamanı belaruslu hüquq müdafiəçisi Ales Bialiatski deyib.

Bialiatski daha sonra AzadlıqRadiosuna müsahibəsində deyib ki, Belarusda insan haqları ilə bağlı vəziyyət sabit olaraq pisdirsə, Azərbaycanda bu, getdikcə pisləşir:

«Hər iki ölkədə insan haqlarının vəziyyəti kütləvi şəkildə pozulur, vətəndaş cəmiyyətinə, jurnalistlərə güclü təzyiq edilir. Bu iki ölkə arasında paralellər çox aydındır. Bizdə vəziyyət sabit olaraq pisdir, Azərbaycanda isə vəziyyət Amerika dağları kimidir - Avropa Şurasına daxil olduqdan sonra nisbətən yaxşı idi, amma son prezident seçkisindən sonra, təəssüf ki, vəziyyət kəskin şəkildə pisləşdi».

Bialiatski deyib ki, Qərb Azərbaycana ikili standartlar tətbiq edir- İlham Əliyevin Riqa sammitində iştirak etmək imkanı olsa da, Lukashenko Avropaya buraxılmır, onu qəbul etmirlər:

«Bu, açıq siyasi siqnaldır ki, o öz ölkəsində belə davranmamalıdır və Avropa ölkəsində müsbətə doğru dəyişiklik baş verməlidir».

Davamı

XS
SM
MD
LG