Keçid linkləri

2017, 24 May, çərşənbə, Bakı vaxtı 10:10

Dövlət Sərhəd Xidməti irimiqyaslı təlimlərə başlayıb


Arxiv fotosu

-

Mayın 19-da Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələri və aviasiya qüvvələri “Ağgöl” səhra təlim mərkəzində taktiki təlimlərə başlayıb.

Xəbəri Dövlət Sərhəd Xidmətinin saytı yayıb.

Təlimlərdə raketlərdən atışlar keçirməklə döyüş tapşırıqlarının icrası, hava hədəflərinin daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilməsi, zirehli texnikaların döyüş şəraitində tətbiqi nəzərdə tutulub.

Təlimlərin məqsədi Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələri və aviasiya qüvvələri arasında əlaqələndirməni inkişaf etdirməkdir.

Təlimlər may 21-ə qədər davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG