Keçid linkləri

2017, 23 Aprel, bazar, Bakı vaxtı 19:54

Suriya rəsmiləri bildiriblər ki, İD cihadçıları qədim Palmira şəhərindən geri çəkilməyə məcbur olublar.

Suriya rəsmiləri bildiriblər ki, İD cihadçıları qədim Palmira şəhərindən geri çəkilməyə məcbur olublar.

Son dörd gündə şəhər yaxınlığında gedən döyüşlərdə 300 nəfər həlak olub.

Bu arada ABŞ qüvvələrinin Suriyada quruda keçirdikləri şənbə reydi nəticəsində 32 İD silahlısının öldürüldüyü xəbər verilir.

Öldürülənlərin arasında “İD-in neft naziri” kimi tanınan Abu Sayyaf da var.

Cihadçılar qədim Palmira abidələrinin yerləşdiyi Tadmur şəhərindən çəkilsələr də, Palmira kəndi hələ də onların nəzarətindədir.

Homs vilayətinin rəsmiləri bildiriblər ki, Palmira tamamilə təhlükəsizdir və ətarfdakı yollara hökumət qoşunları nəzarət edirlər.

Bununla belə, müşahidəçilərin fikrincə, Palmira üzərindəki təhlükə tamamilə sovuşmayıb.

Cihadçılar hələ də Tadmur şəhəri ətrafındadırlar və şəhərin həbsxana və neft qurğuları kimi strateji hissələrinə hücum əməliyyatları keçirməyə çalışırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG