Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:48

Clinton-lar 2014-cü ildən bəri azı 30 milyon dollar qazanıblar


Hillary və Bill Clinton-lar 2014-cü ilin yanvarından bəri azı 30 milyon dollar qazanıblar. Hökumət sənədlərinə görə bunun 25 milyon dolları onların etdikləri 100-dək çıxışlardan gəlir.

Hillary və Bill Clinton-lar 2014-cü ilin yanvarından bəri azı 30 milyon dollar qazanıblar. Hökumət sənədlərinə görə bunun 25 milyon dolları onların etdikləri 100-dək çıxışlardan gəlir.

2016-cı seçkilərində demokratların prezidentliyə namizədi olan Hillary Clinton yazdığı “Çətin seçimlər” ("Hard Choices”) kitabına görə qonorar şəklində 5 milyon dollar alıb.

Bu rəqəmlər Clinton ailəsini ABŞ əhalisinin yalnız 0,1 faizinin daxil olduğu yüksək qazanclılar qrupuna üzv edib.

Amerika mətbuatı yazır ki, prezidentliyə namizədlərin şəxsi sərvətləri cəmiyyətdə ən çox müzakirə olunan mövzulardandır.

Xanım Clinton ötən ay namizədliyini elan edərkən bildirmişdi ki, “amerikalılara gündəlik himayədar lazımdır və o, belə birisi olmaq” istəyir.

Keçmiş dövlət katibi, senator və birinci ledi Hillary Clinton 2013-cü ildə Dövlət Departamentini tərk etdikdən bəri hər çıxışı üçün orta hesabla 250 min dollar qonorar alır.

Xanım Clinton qaydalara görə namizədliyini elan etdikdən sonra şəxsi qazancları barədə məlumat verməlidir.

Mətbuat yazır ki, mövcud qaydalara baxmayaraq prezidentliyə namizədlərin tam sərvətlərinin dəqiq qiyməti bəlli olmur.

XS
SM
MD
LG