Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:17

Nobel prospektinin bağlı olan hissəsi açılır


Foto illüstrasiya
Foto illüstrasiya

-

Nobel prospektinin Yusif Səfərov küçəsinin kəsişməsindən «Ağ şəhər»ə qədər olan 1.6 kilometrlik hissəsində təmir-tikinti işləri yekunlaşdırılıb. Prospektin bu hissəsi mayın 17-dən nəqliyyat üçün tam açıq olacaq.

Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-dən apa-ya verilən məlumatda belə deyilir.

«Əvvəllər prospektin bu hissəsində səth sularının normal axıdılması üçün yağış-kanalizasiya sistemi yox idi. Nəticədə yağış yağarkən yolun hərəkət hissəsində gölməçələr əmələ gəlirdi. Bu isə öz növbəsində asfalt-beton örtüyünün sıradan çıxmasınasəbəb olurdu. Bunu nəzərə alan «Azəryolservis» sözügedən ərazidə yağış-kanalizasiya sisteminin qurulması və asfalt-beton örtüyünün yenilənməsi üçün təmir-tikinti işlərinə başlayıb», - məlumatda vurğulanıb.

Görülən işlər nəticəsində Nobel prospektinin Yusif Səfərov küçəsinin kəsişməsindən «Ağ şəhər»ə doğru istiqamətdə səth suların normal axıdılması üçün 1 kilometrdən artıq yağış-kanalizasiya sistemi qurulub. Asfalt-beton örtüyünün üst qatı qaşınaraq, təqribən 30 min kvadrat metr əraziyə yeni asfalt-beton örtüyü döşənib, yolda kommunikasiya xətlərinə 60-dan artıq baxış qapağı qoyulub, zəruri olan yerlərdə yağış barmaqlıqları yerləşdirilib. Bundan əlavə, yolboyu 3 min poqon-metr səki daşı düzülüb.

«Azəryolservis» Avropa Oyunları öncəsi paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti işləri həyata keçirir.

XS
SM
MD
LG