Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Noyabr, Cümə axşamı, Bakı vaxtı 13:56

Rusiyalı jurnalist Çeçenistandan qaçıb


Elena Milashina

-

Rusiyalı jurnalisti Elena Milashina təhlükəsizliyinə görə mayın 14-də Çeçenistandan çıxıb. O, yeniyetmə bir qızın özündən qat-qat yaşlı polis zabitinə ərə verildiyi barədə yazmışdı.

Milashina-nın yazdığına görə, yerli polis başçısı Nazhud Guchigov evlidir və qızın ailəsini hədələyib ki, qızı ona verməsələr, təzyiqlə üzləşə bilərlər.

Milashina-nın işlədiyi mətbuat orqanı – Novaya Gazeta bildirib ki, jurnalist bu evlənmə hekayəti barədə araşdırma apardığından polis tərəfindən xəbərdarlıq alıb.

Çeçenistan rəhbəri Ramzan Kadyrov polis zabitinin 17 yaşlı qıza və ailəsinə təzyiq göstərmədiyini deyib və nikahı dəstəkləyib.

“Qızın ailəsi bu izdivaca xeyir-dua verib,” o, Instagram hesabında yazıb.

Rusiya qanunvericiliyi çoxarvadlılığı, qız qaçırılması və erkən nikahları qadağan edir. Ancaq Kadyrov Çeçenistanda bütün bunlara göz yumur.

XS
SM
MD
LG