Keçid linkləri

Təcili xəbərlər
2021, 09 Mart, çərşənbə axşamı, Bakı vaxtı 03:07

Kabildə qonaq evinə hücum olub, 5 nəfər ölüb


Qonaq evinin yaxınlığında mühafizəçi keşik çəkir

-

Mayın 13-də silahlılar Əfqanıstan paytaxtında qonaq evinə hücum ediblər, 5 nəfər öldürülüb, 6 nəfər yaralanıb. Öldürülənlərin biri amerikalı, ikisi hindistanlı olub. İki saat çəkən mühasirədən sonra Kabil Park Palace Hotel-dən 54 nəfər xilas edilib.

Silahlıları polis qətlə yetirib. Görünür, onlar daha çox adamı öldürməyi hədəfləyən intihar missiyası planlaşdırıblar.

Öldürülən 3 silahlı intihar jiletlərini partlada bilməyib.

Ötən il taliban silahlıları Kabildə – restoran və oteldə iki oxşar hücum həyata keçiriblər. Dünənki hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

XS
SM
MD
LG