Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:54

Moskvada Qələbə paradı keçirilib


Moskvada 9 May paradı - 2015
Moskvada 9 May paradı - 2015

-

Rusiya paytaxtı Moskvada İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə parad keçirilib.

Qızıl Meydandan keçən paradda 16 min qoşun iştirak edir.

Paradı ölkə prezidenti Vladimir Putin, müdafiə naziri Sergey Shoygu, yüksəkvəzifəli rəsmilər və xarici ölkə rəhbərləri də izləyib.

Putin çıxışında müttəfiqlərə- Fransa, Britaniya, ABŞ-a qələbəyə verdikləri töhfə üçün təşəkkür edib.

Parada 20-dən çox ölkənin lideri qatılıb. Onlar arasında Çin lideri Xi Jinping, Kuba lideri Raúl Castro və Zimbabve prezidenti Robert Mugabe də var. Qərb liderləri Rusiyanın Ukraynan ərazi bütövlüyünə müdaxiləsi üzündən yaranmış böhrana görə parada qatılmayıblar.

Sovet İttifaqı müharibədə 26 milyondan çox adam itirib.

XS
SM
MD
LG