Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 05:39

Ələsgər Məmmədli: “Mərkəzi Bank rəsmisinin çıxışı Konstitusiya Məhkəməsini şantajdır”


Hüquqşünas Ələsgər Məmmədli
Hüquqşünas Ələsgər Məmmədli

.

Gözlə

No media source currently available

0:00 0:06:11 0:00
Direct-ə keçid

“Mərkəzi Bank rəsmisinin ölkənin maliyyə bazarı çökər kimi ifadələri məhkəməyə təzyiqdir, şantajdır. Bunlar hüquq müzakirə mühitində nəzərə alınacaq arqumentlər deyil. Məsələnin hüquqi yox, iqtisadi tərəfini önə çəkməklə hakimlərə basqı edilib”.

Hüquqşünas Ələsgər Məmmədli dünən – mayın 7-də keçirilən Konstitusiya Məhkəməsinin Plenum iclası haqda bunları deyir.

DOLLARLA GÖTÜRÜLƏN KREDİT HANSI MƏZƏNNƏDƏ ÖDƏNİLMƏLİDİR?
Ombudsman və Göyçay rayon Məhkəməsi Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə sorğu və müraciət göndərib. Tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunda məsələyə baxılıb.

Hüquqşünaslar Mülki Məcəllənin sözügedən maddəsinin bəndlərinin qısa izahı haqda bildirirlər ki, mülki məcəllədə və müqavilədə başqa bir hal nəzərdə tutulmayıbsa, götürülən kredit müqavilənin bağlanıldığı günə olan məzənnə ilə ödənilməldir.

MƏRKƏZİ BANK MƏHKƏMƏNİ ŞANTAJ EDİR?
Dünənki iclasda Mərkəzi Bankın baş direktoru Rəşad Orucov bildirib ki, Konstitusiya Məhkəməsi dollarda olan kreditlərin köhnə məzənnə ilə ödənilməsini ehtiva edən qərar qəbul edərsə, bu, Azərbaycanın maliyyə sisteminin çökməsinə səbəb ola bilər. O, dollarla olan krediti ödəniş yox, əşya kimi tanınmasını istəyib.

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, prosesi əvvəldən izləyib. Qanunvericiliyi araşdırıb. Konstitusiya məhkəməsindən gözlənitisi də vətəndaşların xeyrinə qərar çıxarılmasıdır:

“Siyasi basqı olmasa, sırf hüquqi qiymətləndirmə olsa vətəndaşların xeyrinə qərar çıxarılmalıdır. Amma siyasi mülahizələr hüququn önünə keçərsə əksi də ola bilər. Mən yenə də Konstitusiya Məhkəməsinin konstitusiyanın, hüququn üstünlüyünə önəm verərək ədalətli qərar çıxaracağına ümid edirəm”.

“BANKLAR OLİQARXLARIN NƏZARƏTİNDƏDİR DEYƏ…”
Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin komissiya iclaslarından birində bildirmişdi ki, kredit hansı valyutada götürülübsə, həmin valyutada da qaytarılmalıdır. O, banklara kreditlərin vaxtını uzatmağı və faiz dərəcələrini aşağı salmağı məsləhət görmüşdü.

Müzəffər Baxış
Müzəffər Baxış

Hüquqşünas Müzəffər Baxışsa bununla razılaşmır bildirir ki, əsas qanundur. Qanunda da bu məsələ öz əksini tapıb:

“Çox təəssüflər olsun ki, Azərbaycan bankları oliqraxların nəzarətindədir. Onlar öz statuslarından istifadə edərək qanunu öz xeyirlərinə istifadə edə bilirlər. Mülki Məcəllədə birmənalı şəkildə göstərilib ki, kredit müqaviləri üzrə ödənişlər öhdəlik yarandığı günə olan rəsmi məzənnə ilə ödənilməlidir.

Amma həmin bənddə "mülki məcəllədə və müqavilədə başqa bir halda nəzərdə tutulmayıbsa" əlavəsi də var. Bəzi müqavilələrdə məzənə ilə bağlı əlavə şərt göstərilib. Belə olan halda üstünlük həmin müqavilələrdəki şərtə verilir. Yox, hansısa şərt göstərilməyibsə, kredit borcları köhnə məzənnədə qaytarılmaldır.

İndi banklar bu şərtlərdən boyun qaçırırlar və vətəndaşlardan yeni məzənnə ilə kredit ödənişlərini tələb edirlər”.

Gözlə

No media source currently available

0:00 0:04:49 0:00
Direct-ə keçid

SON SÖZÜ KONSTİTUSİYA MƏHKƏMƏSİ DEYƏCƏK!
Mərkəzi Bankın rəsmisi Rəşad Orucov bildirir ki, dollarla olan krediti ödəniş yox, əşya kimi tanınmalıdır:

“Əgər kredit dollar əşyasında verilibsə, dollarda, manat əşyasında verilibsə, manatda geri qaytarılmalıdır”.

Konstitusiya Məhkəməsi müzakirədən sonra müşavirəyə yollanıb. Qərarın nə vaxt açıqlanacağı bildirilmir. Amma bir ay sonra qərarın elan olunacağı ehtimal olunur.

Fevralın 21-də Azərbaycan manatı dollara nisbətdə 35 faiz uculaşdırılıb. Kreditlərin götürüldüyü vaxt 1 dollar – 78 qəpik idi. İndi 1 dollar 1.04 manatdır. Bununla da ortada 2 milyard 200 milyon manatdan çox fərq yarandığı bildirilir. İndi bu qədər ziyanı kredit borcu olan vətəndaşlar, yoxsa, banklar ödəməlidir? Bu sualın cavabı Konstitusiya Məhkəməsinin qərarından asılı olacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG