Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:09

Türk kinosunun əfsanəsi həyatını itirdi


Zeki Alasya
Zeki Alasya

-

Türk kinosunun əfsanə isimlərindən Zeki Alasya vəfat edib.

Türkiyə mediasının yaydığı xəbərə görə, usta sənətçi aprelin 22-dən qaraciyər xəstəliyi səbəbindən müalicə olunduğu «Koç» xəstəxanasında saat 10:32-də həyatla vidalaşıb.

O, aktyor həmkarı Metin Akpınar-la birlikdə oynadığı saysız filmlərlə məşhurlaşmışdı.

İSTANBUL-ŞAHZADƏBAŞINDA DÜNYAYA GƏLİB

Zeki Şenol Alasya 1943-cü il aprelin 18-də İstanbul-Şahzadəbaşında doğulub.

1964-cü ildən peşəkar teatr fəaliyyətinə başlayıb.

1967-ci ildən Haldun Taner, Metin Akpınar və Ahmet Gülhan-la birlikdə Dəvəquşu Kabare Teatrını yaradıb və bu teatrda aktyor, yazar və rejissor olaraq çalışıb.

1973-cü ildən filmlərdə çəkilib.

«MÖHTƏŞƏM İKİLİ»

Metin Akpınar-la 37 il boyunca müxtəlif filmlərdə rol alıb.

1977-ci ildən rejissorluğa başlayıb, çəkdiyi filmlərdə özü də oynayıb.

SON DƏFƏ «GÜLƏ-GÜLƏ» DEDİ VƏ HƏYATA GÖZ YUMDU...

Uzun fasilədən sonra son dəfə «Gülə-gülə» filmində çəkilib.

Zeki Alasya dövlət sənətçisi idi.

2010-cu ildə «Altın Portakal» Film Festivalında «Yaşam Boyu Onur Ödülü»nə layiq görülmüşdü.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG