Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Noyabr, çərşənbə, Bakı vaxtı 03:41

Azərbaycan filmi ABŞ-da mükafat qazanıb- [video]


filmdən görüntü

-

Rejissor Asif Rüstəmovun 2014-cü ildə çəkdiyi «Axınla aşağı» tammetrajlı bədii filmi ABŞ-da keçirilən SEEfest Film Festivalında (South East European Film Festival) «Ən yaxşı tammetrajlı debüt film» mükafatına layiq görülüb.

Festival Amerika kinoakademiyasının dəstəyi ilə keçirilir, seçilmiş Avropa filmlərinin ABŞ-da tanınmasında yardım edir.

Filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Mehriban Zəki, Namiq Ağayev, Aleksandra Andrejevska, Teymur Məmmədov və başqaları oyanyırlar.

XS
SM
MD
LG