-
Ermənistan Bakıda keçiriləcək 47-ci Beynəlxalq Kimya Olimpiadasında iştirak edəcək.
Ermənistan Təhsil Nazirliyinin məlumatına görə, olimpiadanın Təşkilat Komitəsinin sədri Nərgiz Paşayevadan müvafiq dəvət alınıb.
Erməni məktəblilərinin beynəlxalq fənn olimpiadalarında iştirakının əhəmiyyəti nəzərə alınaraq, müsbət qərar qəbul edilib.
Ermənistan nümayəndə heyətinə şəxsən təhsil və elmlər naziri Armen Ashotyan rəhbərlik edəcək.
Bu arada Ermənistan tərəfi Azərbaycandan nümayəndə heyəti üzvlərinin təhlükəsizliyinə zəmanətin verilməsini gözləyir.
47-ci Beynəlxalq Kimya Olimpiadası iyulun 20-29-da Bakıda keçiriləcək. Olimpiadada dünyanın 80-dək ölkəsinin nümayəndələri iştirak edəcək.