Keçid linkləri

Təcili xəbərlər
2020, 06 Dekabr, bazar, Bakı vaxtı 02:46

Human Rights Watch Oyunları yox, hökuməti boykot etməyə çağırıb


Hugh Williamson

Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə baş direktoru Hugh Williamson Avropa hökumətlərini Bakı Oyunlarının inaqurasiyasına mötəbər nümayəndə heyətləri göndərməməyə çağırıb.

Bakıda keçiriləcək birinci Avropa Oyunlarının ərəfəsində beynəlxalq insan haqları qrupu Human Rights Watch siyasi azadlıqları boğan Azərbaycanı boykot etməyə çağırıb.

Deutsche Welle saytındakı xəbərdə deyilir ki, Human Rights Watch-un nümayəndəsi bu yaxınlarda Azərbaycanın hakimiyyət orqanları tərəfindən hava limamından Bakıya buraxılmayıb.

Təşkilat Azərbaycandakı siyasi vəziyyəti dəhşətli adlandırır.

Deutsche Welle bildirir ki, Human Rights Watch-un Avropa və Mərkəzi Asiya üzrə baş direktoru Hugh Williamson Avropa hökumətlərini Bakı Oyunlarının inaqurasiyasına mötəbər nümayəndə heyətləri göndərməməyə çağırıb.

Human Rights Watch boykot məsələsinə aydınlıq gətirərək bildirib ki, burada söhbət idmançıları Oyunları boykot etməyə çağırmaqdan getmir, beləki bu, hərəkətin ziyanı insan haqlarının pozulması ilə bağlı olmayanlara toxuna bilərdi.

XS
SM
MD
LG