Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:08

Rəsul Cəfərov barəsində hökmdən apellyasiya şikayəti verilib


Rəsul Cəfərov

Hüquq müdafiəçisi Rəsul Cəfərov barəsində hökmdən apellyasiya şikayəti verilib.

Vəkil Əlibaba Rzayevin Turana verdiyi məlumata görə, onlar Rəsul Cəfərova bəraət verilməsini tələb edirlər.

O bir daha bildirib ki, istintaq Rəsul Cəfərova qarşı irəli sürülən ittihamları əsaslandıran dəlillər göstərə bilməyib və biz onların bütün dəlillərini təkzib edən sənədlər təqdim etmişik.

Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs olunub. Bu il aprelin 16-da qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə və mənimsəmə ittihamları ilə 6 il yarım azadlıqdan məhrum edilib.

ABŞ və Avropa Birliyi ölkələri, habelə bir sıra beynəlxalq hüquq müdafiə təşkilatları bu hökmü pisləyib.

Amnesty İnternational təşkilatı onu vicdan məhbusu elan edib.

XS
SM
MD
LG