Keçid linkləri

2017, 21 İyul, Cümə, Bakı vaxtı 16:54

Dövlət Departamentinin sözçüsü Xədicə İsmayılın həbsindən danışdı


Jeff Rathke

-

"Birləşmiş Ştatlar jurnalist Xədicə İsmayıl da daxil olmaqla fundamental azadlıqlarından istifadə edən şəxslərin həbsindən dərin narahatlıq keçirir".

Bunu mayın 5-də Vaşinqtondda keçirilən brifinqdə Dövlət Departamentinin təmsilçisi Jeff Rathke bildirib və əlavə edib ki, ABŞ onların azad olunması haqda çağırış edib.

Son zamanlar Azərbaycanda jurnalistlərin və ictimai fəalların həbsləri ABŞ və Qərb rəsmiləri, beynəlxalq insan haqları təşkilatları tərəfindən dəfələrlə pislənib, Azərbaycan hakimiyyətinə siyasi məhbusların azad olunması haqda çağırışlar olub.

Azərbaycan hakimiyyəti bu şəxslərin siyasi motivlər əsasında həbs olunması haqda ittihamları rədd edərək, öz növbəsində belə çağırışları səsləndirənləri Azərbaycana qarşı qərəzli mövqe tutmaqda ittiham edir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG