Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:31

ABŞ hərbi təyyarəsi Nepala xilasedicilər daşıyır


Nepal zəlzələdən sonra

ABŞ Hava Qüvvələrinə məxsus C-17 nəqliyyat təyyarəsi və 4 Ospreys aparatı mayın 3də axşam paytaxt Katmanduya çatıb

-

Mayın 4-də ABŞ hərbi təyyarəsi Nepalın zəlzələ baş vermiş ucqar ərazilərinə xilasedicilər və ləvazimat daşımağa başlayır.

ABŞ Hava Qüvvələrinə məxsus C-17 nəqliyyat təyyarəsi və 4 Ospreys aparatı mayın 3də axşam paytaxt Katmanduya çatıb.

Amerika generalı deyib ki, pilotlar Katmandudan ucqar ərazilərə uçuşlar edəcəklər.

“Onlar dərhal dəyişiklik yaradacaq,” ABŞ Briqada generalı Paul Kennedy jurnalistlərə deyib.

Aprelin 25-də baş vermiş zəlzələdən ölənlərin sayı 7250-yə çatıb, 14 min insan yaralanıb.

Ancaq xilasedicilər dağlıq ərazilərdə axtarışa başlayan kimi bu rəqəmlərin artacağı gözlənir.

XS
SM
MD
LG