Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 10:20

Həmsədrlər Dağlıq Qarabağda keçiriləcək «seçkilər»i tanımır


ATƏT

-

«Üç həmsədr ölkədən heç biri, ya da başqa bir ölkə Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır. Biz bu «seçkilər»in nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir edən nəticələr kimi tanımırıq. Bu, Dağlıq Qarabağın yekun statusu ilə bağlı məsələni və ya cari danışıqların gedişatını qabaqcadan heç bir şəkildə təyin edə bilməz».

ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycanın işğal olunmuş ərazilərində mayın 3-nə təyin olunmuş «parlament seçkiləri» ilə bağlı bəyanatında belə deyilir.

Bəyanatda Azərbaycan və Ermənistan prezidentlərinin ilin sonuna planlaşdırılan görüşünə hazırlığın davam etdiyi də bildirilir.

Həmsədrlər aprelin 29-da Ermənistanın, 30-da isə Azərbaycanın xarici işlər naziri ilə görüşüblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG