Keçid linkləri

2017, 01 May, Bazar ertəsi, Bakı vaxtı 00:51

-

Mayın 1-də bir həftəlik azadlıqdan sonra Müsavat başqanının müavini Tofiq Yaqublu cəza çəkdiyi 13 saylı müəssisəyə qayıdır.

Tofiq Yaqublu qızı, gənc fəal Nərgiz Yaqublunun vəfatı ilə bağlı aprelin 24-də bir həftəlik azad edilmişdi. Bu müddətdə bir sıra ictimai-siyasi təşkilatların rəhbərləri onun əfv olunması üçün prezidentə müraciət edib. Əfvlə bağlı müraciətlər parlamentdə də səsləndirilib.

Tofiq Yaqublu 2013-cü il yanvarın 23-də İsmayıllıda baş vermiş iğtişaşlara görə həbs olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG