Pakistan məhkəməsi 2012-ci ildə balaca fəal Malala Yousafzai-a edilən hücumda şübhəli bilinən 10 nəfərə ömürlük həbs cəzası kəsib.
Qərar aprelin 30-da Xayber-Paxtunxva əyalətindəki anti-terror məhkəməsində çıxarılıb.
Təhriki Taliban qrupu ilə əlbir olan müttəhimlər 2014-cü ilin sentyabrında keçirilən əməliyyat zamanı yaxalanıblar.
General-mayor Asim Bajwa bildirib ki, Malalaya hücumun arxasında Pakistan taliblərinin indiki lideriMaulana Fazlullah durur.
Talibançılar 2012-ci iloktyabrın 9-da Malalanın getdiyi məktəb avtobusunu saxladaraq, içəri daxil olub və ona atəş açaraq başından ölümücül yaralamışdırlar.
6 gündən sonra, oktyabrın 15-də o İngiltərəyə aparıldı və həkimlərin böyük səyi nəticəsində həyatı xilas edildi.
Malala Yousafzai 1997-ci ildə Pakistanın şimalında, Taliban hərəkatının fəal olduğu Svat bölgəsinin Minqora şəhərində doğulub.
O Talibanın Svat vadisində qızların məktəbə getməsini qadağan etməsinə qarşı fəal mübarizə aparıb.
2009-cu ildə, hələ 12 yaşında olarkən Talibanın bu bölgədə törətdiyi vəhşiliklər barədə BBC üçün bloq yazılar yazıb.
Qızların təhsili uğrunda apardığı mübarizəyə görə, 2011-ci ildə Pakistan hökuməti tərəfindən Milli sülh mükafatına layiq görülüb.
Sağaldıqdan sonra, 2014-cü il dekabrın 10-da, 17 yaşında Nobel sülh mükafatına layiq görülüb.