Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:53

İlham Əliyev: «Ermənistan status-kvonu saxlamağa çalışır»


İlham Əliyev
İlham Əliyev

-

«Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində, aparılan danışıqlar prosesində ən maraqlı tərəfdir, atılan addımlarsa heç bir nəticə verməyib».

Bunu prezident İlham Əliyev Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber-in başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Xəbəri president.az saytı yayıb.
Prezident bildirib ki, danışıqlar masasında irəli sürülən təşəbbüslərə əngəllər yaradan Ermənistan təmas xəttində müxtəlif silahlı təxribatlar törətməklə mövcud status-kvonu saxlamağa çalışır.

İlham Əliyev Avropa Birliyinin münaqişənin həlli ilə bağlı konkret mövqe nümayiş etdirməməsini də təəssüflə qeyd edib.

Regiondakı prosesləri yaxından izlədiklərini bildirən Herbert Salber təmas xəttindəki vəziyyətdən narahatlıqlarını bildirib. Münaqişənin həll olunmasına hazırda həmişəkindən daha çox ehtiyac duyulduğunu deyib.

Görüşdə Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlığın vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

XS
SM
MD
LG