Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:19

Şəhər təsərrüfatı özünü leysana hazır sayır


Oktyabrın 27-də Bakının mərkəzi üç saat iflic vəziyyətinə düşmüşdü
Oktyabrın 27-də Bakının mərkəzi üç saat iflic vəziyyətinə düşmüşdü
Noyabrın 4-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosu noyabrın 5-dən dəyişəcək havayla bağlı növbəti xəbərdarlıq yayıb.

Xəbərdarlıqla bildirilir ki, noyabrın 5-i günün ikinci yarısından başlayaraq hava şəraiti kəskin dəyişəcək, şimşək çaxacaq və leysan olacaq.


Oktyabrın 27-də 20 dəqiqə yağan güclü yağışla Bakının mərkəzi üç saat iflic vəziyyətinə düşmüşdü. Bakı şəhər İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin rəisi Xalid Ələkbərov «Azadlıq» radiosuna bildirib ki, havanın dəyişməsiylə bağlı onlar da xəbərdarlıq alıblar. Cənab Ələkbərovun sözlərinə görə, kanalizasiya sisteminin zəif nöqtələrinə baxış keçirilib, təmir işləri aparılıb. Şəhər təsərrüfatı özünü leysana hazır sayır.


Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov da güclü yağış proqnozundan sonra nazirliyin yarana biləcək problemlərin qarşısını almaq üçün hazırlıq gördüyünü bildirib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG