Keçid linkləri

2017, 20 İyul, Cümə axşamı, Bakı vaxtı 21:01

Kiyevdə Avropa Birliyi və Ukrayna liderlərinin sammiti başlayıb


Foto arxiv

Kiyevdə Avropa Birliyi liderləri və Ukrayna prezidenti Petro Poroshenko arasında sammit başlayıb.

Bu ötəb il Ukrayna ilə Asosasiya sazişi imzalandıqdan sonra ilk belə görüşdür.

Poroshenko sammitdən əvvəl bildirib ki, ümid edir ki, Avropa liderləri Ukraynaya dəstək və onun Avropaya intqrasiyasına ciddi siqnallar verəcək.

Avropa Birliyinin prezidenti Donald Tusk Poroshenkoya bildirib ki, Ukraynanın güclü düşmənlə yanaşı çoxlu dostları da var.

O qeyd edib ki, Ukrayna dostlarının köməyinə arxayın ola bilər, amma siz özünüz Ukraynanı dəyişməsəz, bu bəs deyil.

Görüşdə bu ilin fevralında Minskdə əldə edilmiş atəşkəs sazişinin də müzakirəsi gözlənilir.

Liderlər həmçinin ukraynada iqtisadi və siyasi islahatlar aparılması,Kiyevə maliyyə yardımı göstərilməsi və atəşkəsi müşahidə etmək üçün ölkəyə Avropadan sülhməramlı qüvvələr göndərilməsi ilə bağlı Poroshenkonun təklifini də müzakirə edəcəklər.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində rusiyapərəst separatçılarla Ukrayna ordusu arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Tərəflər bu ilin fevralında Minskdə atəşkəs razılaşması əldə etdikdən sonra bölgədə nisbi sakitlikdir.

Amma vaxtaşırı atəşkəs rejiminin pozulması müşahidə olunur.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG