Aprelin 26-da «Bakı-2015» I Avropa Oyunlarının məşəli «Atəşgah məbədi»ndə yandırılacaq.
Bakı vaxtı ilə axşam saat 8-də başlanacaq mərasimə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin də qatılması planlaşdırılır.
Məşəli idmançılar Azərbaycanın bütün regionlarından keçirərək Avropa Oyunlarının açılış mərasimindən bir gün əvvəl – iyunun 11-də Bakıya gətirəcəklər. Məşəlin daşınacağı 5 min 5 kilometrlik marşrut boyunca keçiriləcək tədbirlərə minlərlə insanın qatılacağı gözlənilir.
Bakı Olimpiya Komitəsi bildirir ki, respublikanın 15 bölgəsində rəsmilərin, incəsənət ulduzlarının və idmançıların iştirakı ilə Alov festivalı da təşkil olunacaq.