Keçid linkləri

2017, 26 May, Cümə, Bakı vaxtı 05:51

İslam qiyamçıları Suriyanın şimalındakı strateji Cisr əl-Şuğur şəhərini zəbt ediblər.

İslam qiyamçıları Suriyanın şimalındakı strateji Cisr əl-Şuğur şəhərini zəbt ediblər.

Bu, İdlib əyalətində hökumətin nəzarətində olan son şəhər idi. Müxbirlər bildirirlər ki, indi cihadçıların ölkənin mərkəzi rayonlarına gedən yolu açılıb.

Əl-Qaedaya bağlı Nüsrə Cəbhəsi də daxil olmaqla islamçı qruplaşmalar bu şəhər üzərinə hücumu ötən cümə axşamı balamışdılar.

Dövlət mediası bildirib ki, dinc əhali arasında itkilərin qarşısını almaq məqsəsilə ordu şəhər ətrafında qruplaşır.

Şəhərin küçələrində hökumət tərəfdarı olan 60-dək döyüşçünün cəsədi qalıb.

Hazırda hökumət qüvvələri Hələb və Latakiya arasındakı strateji yolu qoruyurlar. Latakiya prezident Assadın da daxil olduğu ələvi icmasının əsas şəhəridir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG