Keçid linkləri

2026, 13 Mart, Cümə, Bakı vaxtı 21:43

BMT İraqda qaçqınların sayının artmasından narahatdır

BMT İraqda qaçqınların sayının artmasından narahatdır. Təşkilatın hesablamalarına əsasən, hər ay ölkədə 100 minədək adam ev-eşiyini tərk edir və hazırda İran, Suriya və İordaniyada 2 milyona yaxın iraqlı var.


BMT beynəlxalq aləmi qaçqınlara yardım göstərməyə çağırır.


Başqa bir məlumata görə isə, noyabrın 3-də İraqda 7 Amerika hərbçisi həlak olub. Təkcə ötən ay İraqda ən azı 105 Amerika hərbçisi ölüb.


XS
SM
MD
LG