"Bakılı oğlanlar" komandasının mərhum kapitanı Anar Məmmədxanovun "Ни о чем не жалею" (Heç nəyin peşmançılığını çəkmirəm) adlı kitabı çapdan çıxıb.
Kitabda tanınmış "KVN"çi və keçmiş deputatın Azərbaycan jurnalistlərinə verdiyi müsahibələr toplanıb.
A.Məmmədxanovun ötən il çap olunan kitabında isə publisistik yazıları cəmlənmişdi.
Layihənin rəhbəri İradə Məmmədxanova, redaktoru Elmira Axundovadır.
Bakı Kitab Klubuna istinadla OxuZalı