Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:57

Uşaqlara veriləcək sağlamlıq kartı nəyi dəyişəcək?


Səhiyyə Nazirliyi gələn ildən yeni doğulan uşaqlara sağlamlıq kartı verməyə hazırlaşır
Səhiyyə Nazirliyi gələn ildən yeni doğulan uşaqlara sağlamlıq kartı verməyə hazırlaşır
Səhiyyə Nazirliyi gələn ildən yeni doğulan uşaqlara sağlamlıq kartı verməyə hazırlaşır. Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Səmayə Məmmədova bildirir ki, hazırda layihə üzərində iş gedir. Ona görə də bu mövzuda rəsmi izahlar vermək hələlik tezdir.

Uşaq Hüquqları üzrə Qeyri Hökumət Təşkilatları Alyansının milli koordinatoru Nabil Seyidovun bildirdiyinə görəsə, yeni doğulan uşaqlara Azərbaycanda 2007-ci ildə verilməsi planlaşdırılan sağlamlıq kartı Avropa ölkələrində çoxdan tətbiq olunur. Həmin kartda uşağın doğulduğu gündən 18 yaşına qədər sağlamlığı, ona edilən peyvəndlər, keçirdiyi xəstəliklər və həmin xəstəliklərin necə müalicə olunduğu, bir sözlə, uşağa göstərilən bütün tibbi yardımlarla bağlı məlumatlar yer alır:


«Bu, çox vacib bir məsələdir. Çünki istənilən uşaq 18 yaşına qədər səhiyyə qurumlarına müraciət etdikdə, həmin sağlamlıq kağızına baxmaqla onun hansı xəstəliklər keçirdiyi, necə müalicə olunduğu barədə sualara cavab tapılacaq»
«Bu, çox vacib bir məsələdir. Çünki istənilən uşaq 18 yaşına qədər səhiyyə qurumlarına müraciət etdikdə, həmin sağlamlıq kağızına baxmaqla onun hansı xəstəliklər keçirdiyi, necə müalicə olunduğu barədə sualara cavab tapılacaq».

Cənab Seyidov deyir ki, uşaqlara sağlamlıq kartının verilməsi qədər, səhiyyə sistemində bu məlumatların elektron kataloqunun yaradılması da vacibdir. O, hesab edir ki, əslində, indi də yeni döğulan bütün uşaqlarla bağlı poliklinikalarda adi dəftərə yazılmış belə məlumatlar toplanır. Amma həmin məlumatların bir yerdə cəmləşdiyi ümumi məlumat kataloqu yoxdur. Nabil Seyidova görə, belə bir kataloq yaradılarsa, ölkənin istənilən yerindəki poliklinikada, istənilən uşağın sağlamlığı barədə məlumatları əldə etmək olar. Bundan başqa, cənab Seyidov hesab edir ki, uşaqlara sağlamlıq kartının verilməsi onlara ikitərəfli nəzarəti də gücləndirəcək: «Bununla da həm səhiyyə orqanı, həm də valideyn eyni vaxtda uşağın sağlamlığı ilə bağlı məsələlərə nəzarət edəcək. Digər bir tərəfdən, uşaqların sağlamlığı ilə bağlı mübahisəli məsələlərdə sağlamlıq kartından hüquqi sənəd kimi də istifadə etmək olar».


Cənab Seyidov deyir ki, uşaqla bağlı ilk məlumatlar doğum evlərində olduğu üçün kartlar da elə həmin ünvanlardan verilə bilər.


Amma Uşaqların Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov bu məsələdə bir qədər fərqli fikirdədir. O, hesab edir ki, uşaqlara sağlamlıq kartlarının verilməsinə başlamaq üçün ilk növbədə, elektron kataloq yaradılmalı və ölkə üzrə bütün xəstəxanalar kompyuterləşdirilməlidir. Bu isə asan iş deyil. Elə bu səbbədən də cənab Bəkirov hesab edir ki, belə olan halda, sağlamlıq kartlarının veriləsinə başlamaq hələ tezdir.


Əslində, 2007-ci ildən uşaqlara sağlamlıq kartlarının verilməsinin elə də aktual olmadığını düşünən Y.Bəkirov hesab edir ki, uşaqların sağlamlığı ilə bağlı həlli vacib olan məsələlər daha çoxdur. Onun fikrincə, ilk növbədə, Azərbaycanı beynəlxalq hesabatlarda utandırıcı vəziyyətə salan uşaq ölümü ilə bağlı halların sayı azaldılmalıdır. Bu proqramların inkişaf etmiş ölkələrdə həyata keçirildiyini deyən cənab Bəkirova görə, həmin ölkələrdə əvvəl uşaq ölümünün səviyyəsi aşağı salınıb, uşaq-ana sağlamlığının qayğısına qalan bir çox proqramlar reallaşdırılıb. Azərbaycanda isə bu sahədə görülən işlər yetərli olmadığı halda, kifayət qədər maliyyə vəsaiti tələb olunan layihələrə əl atılır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG