Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:04

WİZZ Air-in Azərbaycana uçuşları bərpa edilir


Arxiv fotosu
Arxiv fotosu

-

Azərbaycan-Macarıstan hökumətlərarası birgə iqtisadi komissiyasının növbəti beşinci iclasının keçirilməsi ilə əlaqədar İqtisadiyyat və Sənaye Naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti aprelin 21-də Budapeştə səfər edib.

Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə bildiriblər ki, səfərin ilk günü Macarıstanın Xarici işlər və xarici ticarət nazirliyində ölkənin xarici işlər və ticarət naziri Piter Siyyarto ilə azərbaycanlı həmkarının görüşü olub.

Şahin Mustafayev Azərbaycan Prezidentinin göstərişi ilə Bakı ilə Budapeşt arasında birbaşa uçuşlar həyata keçirən WİZZ Air aviaşirkətinin fəaliyyətinin yaxın günlərdə bərpa ediləcəyini bildirib.

Macarıstan Milli İqtisadiyyat nazirliyində nazir Mihal Varqa ilə keçirilən görüş zamanı Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.

Bu gün isə Macarıstan paytaxtında iki ölkə rəsmilərinin iştirakı ilə birgə iqtisadi komissiyanın iclası, habelə biznes dairələrinin görüşü keçiriləcək.

XS
SM
MD
LG