Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 00:29

Beynəlxalq Valyuta Fondunun keçmiş rəhbəri həbs edilib və buraxılıb


Rodrigo Rato

Rodrigo Rato

İspaniya siyasətçisi, BVF-in keçmiş rəhbəri Rodrigo Rato fırıldaq və çirkli pulların yuyulması ittihamları ilə tutulub saxlanıb.

İspaniya siyasətçisi, BVF-in keçmiş rəhbəri Rodrigo Rato fırıldaq və çirkli pulların yuyulması ittihamları ilə tutulub saxlanıb.

Vergi polisi cənab Rato-nun Madriddəki evində axtarış aparıb.

O bir neçə saatdan sonra heç bir rəsmi iitham təqdim olunmadan azadlığa buraxılıb.

66 yaşlı Rato BVF-ə 2004-2007-ci illərdə rəhbərlik edib.

Bundan əvvəl o İspaniya Xalq Partiyasının tanınmış üzvlərindən olub.

O keçmiş baş nazir Jose Maria Aznarın mühafizəkar hökumətində maliyyə naziri işləyib.

Rato artıq 2012-ci ildən İspaniyanın Bankia kredit bankının rəhbəri kimi təhqiqat altında idi.

Hazırda cənab Rato məhz bu bankdakı fəaliyyətinə görə şübhəli sayılır.

Onun özü bütün iddiaları rədd edir.

XS
SM
MD
LG