Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 11:50

BMT Azərbaycanda işgəncələrlə bağlı məxfi hesabat hazırlayır


İllüstrativ foto
İllüstrativ foto

-

İşgəncələrin Qarşısının Alınması üzrə BMT-nin Alt Komitəsinin nümayəndə heyəti aprelin 16-24-də Azərbaycanda olacaq.

Bu barədə Trend-ə BMT-nin Baki ofisindən bildirilib.

Dörd nəfərlik heyətə Aisha Shujune Mohammad rəhbərlik edəcək. O bildirib ki, Azərbaycan hökumətindən istənilən azadlıqdan məhrumetmə müəssisəsinə məhdudiyyətsiz giriş üçün zəmanət alınıb.

Azərbaycan rəsmiləri, digər maraqlı tərəflərlə görüşlərdən sonra nümayəndə heyəti azadlıqdan məhrum edilmiş şəxslərə qarşı işgəncə və pis rəftarın qarşısının alınması ilə bağlı müşahidə və tövsiyələrindən ibarət məxfi hesabatını Azərbaycan hökumətinə təqdim edəcək.

«Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansının koordinatoru, keçmiş məhbus Oqtay Gülalıyev AzadlıqRadiosuna deyib ki, ötən illərlə müqayisədə son illər həm yerli, həm də beynəlxalq hüquq müdafiə təşkilatlarının işgəncə faktlarına diqqəti artıb:

«Ancaq təəssüf ki, vəziyyət hələ də ürəkaçan deyil. İstər istintaq təcridxanasında, istər cəzaçəkmə müəssisəsində məhbuslarla qəddar münasibət pik həddə çatıb. Ötən ilin dekabrında 12 saylı cəzaçəkmə müəssisəsində məhbus Elşad Babayevin döyülərək qətlə yetirilməsi buna bariz nümunədir. Buna etiraz edənlər başda jurnalist Araz Quliyev olmaqla «krıtı»ya - məhbuslar üçün vərəm dispanserinə göndəriliblər. 3 ay məhbuslar gün üzü görmədən, qapalı, qaranlıq yerdə saxlanıblar. Bu işgəncə deyilmi? Və ya bir qədər əvvəl 17 saylı cəzaçəkmə müəssisəsində Nemət Pənahlıya və başqa məhbuslara işgəncə verilib».

Oqtay Gülalıyev BMT-nin nümayəndə heyətinin onlarla görüşüb-görüşməyəcəyindən xəbərsizdir. Ancaq o, həmin heyətə koordinatoru olduğu Alyansın işgəncələrlə bağlı hazırladığı hesabatı təqdim etməyə, eləcə də işgəncə görmüş məhbusların yaxınları ilə görüşdürməyə hazır olduğunu bildirir.

BMT-nin nümayəndə heyəti Azərbaycana ötən ilin sentyabrında gəlməli olsa da, səfər təxirə salınmışdı.

Nümayəndə heyəti İşgəncələrə qarşı Konvensiyanın Fakültativ Protokolunun (OPCAT) tərəfləri olan bütün dövlətlərə səfər etmək mandatına malikdir.

Dövlətlər bu nümayəndə heyətinin azadlıqdan məhrumetmə yerlərinə xəbərdarlıqsız və maneəsiz ziyarətinə icazə verməyə borcludurlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG