Noyabrın 2-də bir qrup AXCP fəalı «Azadlıq», «Azad söz» şüarları ilə metronun Bakı Soveti stansiyasının qarşısında piket keçirməyə cəhd etdi. Amma, polis aksiyanı dağıtdı və 10-a yaxın AXCP fəalını saxladı. Səbayel rayon polis idarəsinin rəis müavini Kamal Vəlişovun verdiyi məlumata görə, polis 7 nəfər ərazidən kənarlaşdırılıb. AXCP-nin Mətbuat Xidmətindən isə dedilər ki, saxlananlar Səbayel rayon 9-cu polis bölməsinə gətiriliblər, onların sayı 15 nəfərdən artıqdır.
Piketçilər «Azadlıq» qəzetinin yerləşdiyi «Xaqani 33» ünvanından çıxarılmasına etiraz edirdilər. Partiyadan verilən məlumata görə, AXCP bu cür aksiyaları davam etdirəcək.