Keçid linkləri

2025, 14 Dekabr, bazar, Bakı vaxtı 10:39

AzadliqLiveTV - 17 Aprel

AzadliqLiveTV-də aprelin 16-nin mövzuları

(proqramın linki saat 22-də burada yerləşdiriləcək)

Rəsul Cəfərova hökm oxunur

ABŞ ən məhşur idman şərhçisi Xədicə haqda

Putin birbaşa efirdə suallara cavab verir

Günün əsas mövzuları ətrafında baş verən yeniklər, sosial mediadakı fikirlər və digər maraqlı məqamlar gün ərzində CanlıBloqda yeləşdirilir. AzadliqLiveTV-ni axşam saat 22-də HotBird ARTV kanalında və internetdə, gün ərzində isə onun bloqunu burada izlə. Verilişin videoları da burada yerləşdiriləcək. Yeni postlar xronoloji ardıcıllıqla, ən yeniləri bloqun əvvəlində olur. Mətnin altında göy rəngli "Davamı" düyməsini sıxmaqla bloqu vərəqləmək, günün əvvəlki postları ilə də tanış olmaq mümkündür.

16:41 17.4.2015

AzadlıqRadiosu Xədicə İsmayıla PEN mükafatı verilməsini alqışlayır

Nenad Pejic
Nenad Pejic

AzadlıqRadiosunun baş redaktoru Nenad Pejic PEN Amerika Mərkəzinin araşdırmaçı-jurnalist Xədicə İsmayıla Barbara Goldsmith Yazmaq Azadlığı mükafatı verməsini alqışlayıb. Bu mükafat hər il «söz azadlığından istifadəyə görə həbs olunan yazara» verilir.

«Bu mükafat Xədicənin işinin dəyərinin güclü etirafıdır və onun həbsinin yanlışlığını göstərir», - deyən cənab Pejic mükafatı jurnalistin «azadlığa buraxılması cəhdlərinə mühüm əlavə» adlandırıb.

Xədicə İsmayıl Azərbaycanda dövlət səviyyəsində korrupsiya faktlarını üzə çıxarıb. O, ötən il dekabrın 5-də keçmiş həmkarını intihar həddinə çatdırma ittihamıyla həbs olunub. Sonradan ona daha 4 ittiham da irəli sürülüb və 12 ilədək həbs cəzası ala bilər.

PEN/Barbara Goldsmith Yazmaq Azadlığı mükafatı hər il işinə görə həbsə atılan və təqib olunan şəxslərə verilir. 1987-ci ildən bəri mükafata layiq görülən zaman həbsdə olan 39 yazardan 35-i azadlığa çıxıb. Xədicənin adından mükafatı mayın 5-də Nyu-Yorkda keçiriləcək mərasimdə azərbaycanlı jurnalist və dostu Emin Milli qəbul edəcək.

11:55 16.4.2015

Putinə yazırlar - ailəmi xilas edin

"Hörmətli Vladimir Vladimiroviç! Kömək edin, ailəm dağılır. Mən, həyat yoldaşım və 4 yaşlı qızım Sizi çox sevirik. Qızım artıq 1 yaşında bilirdi ki, bizim prezident Sizsiniz. Biz həmişə canlı xəttdə Sizin çıxışlarınıza baxırıq. Əgər Siz Eleonra V.-yə müraciət edib, ondan Dmitriyə (mənəm) qayıtmağı xahiş etsəniz, o Sizə mütləq qulaq asar. Rusiya ailərlərindəki birlik və dinclik, cəmiyyətin sağlamlığının zəminidir. Sizin dəstəyinizə ümid edirəm, bizim, ölkənin naminə gördüyünüz işlər üçün çox sağ olun. Biz Sizinləyik!" - bu, Putinə yazılan milyonlarla məktublardan biridir. Rusiya prezidenti birbaşa sual-cavabları ildə 1 dəfə keçirir. Canlı yayımlarda bu suallardan ancaq çox cüzi qisminə cavab verirlər. Bununla belə əhali yazmaqda davam edir. Bu veriliş bütün ölkənin şikayət kitabına bənzəyir.

AzadliqRadiosu sual-cavab yayımından LiveBloq aparacaq. Günün sonunda isə TV reportaj hazırlanacaq. Azadliqda qal

11:12 16.4.2015

Aprelin 16

Xəbər-ətər 15 aprel 2015
Gözlə

No media source currently available

0:00 0:23:52 0:00

Hamıya salamlar. AzadliqLiveTV yeni yeni günə başlayır. Ötən günün proqramına yuxarıdakı vidieda baxa bilərsən. Günün olayları haqda məlumatları isə aşağıda, bloqun əvvəlki postlarında izlə. Aprelin 16-nın əsas mövzuları Xədicənin müdafiəsinə qalxan yazıcılar, Rəsul Cəfərova məhkəmə hökmü və Putinin online sual-cavabıdır (Putinin dedikləri ayrıca LiveBloqda yenilənəcək)

AzadliqLiveTV-də aprelin 15-nin mövzuları ​

Verilişə burada bax

- Rəsul Cəfərovun son sözü

- Hüquq müdafiəçilərini kim tanıyır (müzakirərə və SORĞUnun (hazır cavablarından birini seç)

Səməd Vurğunun birinci iş yeri

Prezidentə sui-qəsd

01:57 16.4.2015

Barselona səfərdə PSJ-ni, Porto isə evdə Bavariyanı məğlub etdilər

(fotosessiyaya burada bax)

Aprelin 15-də futbol üzrə Çempionlar Liqasında 1/4 finalında ilk oyunlara yekun vurulub.

Parisdə PSJ Barselona qarşısında aciz qaldı (fotolara bax), oyun 1-3 hesabı ilə qonqaların xeyrinə bitdi. Porto isə öz meydanında Bavariyanı məğlub etdi, 3-1.

Dünən 1/4 finala çıxan daha 4 klub ilk oyunlarda güclərini sınayırdılar. Turində Yuventus Fransanın Monako klubunu 1-0 hesabı ilə məğlubiyyətə uğratdı. Madriddə isə yerli Atletiko və Real klublarının oyununda hesab açılmadı.

Aprelin 21 və 22-də keçiriləcək cavab görüşlərindən sonra 4 komanda Avropanın ən yaxşı klubu adı uğrunda yarışı davam etdirəcək.

Davamı

XS
SM
MD
LG