Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:16

Zərərçəkmiş məhkəmədə A.M.A.Y sahibindən 2 milyon manat tələb etdi


işadamı Abdulla Abdullayev
işadamı Abdulla Abdullayev

-

Aprelin 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə A.M.A.Y Ticarət Mərkəzinin sahibi, işadamı Abdulla Abdullayevin məhkəməsi davam edib. Məhkəmə “Xudafərin” MMC epizodu üzrə zərərçəkmişləri dindirib. Onların bir çoxu “Xudəfərin” MMC-dən mənzil aldıqlarını, sonradan binada tikinti işlərinin dayandığını, bu işlərin hələ də başa çatmadığına görə narahat olduqlarını bildiriblər. Zərəçəkmiş Həsən Həmidov məhkəmədən Abdulla Abdullayevin azadlığa buraxılmasını xahiş edib:

"AZAD ETSİNLƏR, BİNANI TİKİB TƏHVİL VERSİN"

“Abdulla müəllimin həbsi əksinə bizim ziyanımızadır. Çıxsın gəlsin binanı təhvil verisin”.

Abdulla Abdullayevin isə zərərçəkmişə təklifi oldu:

"“Mənim içəridə olmağıma görə narahat qalmayın, evinizi isə gedin prokurorluqdan tələb edin, işi saxlayıb təhvil verməyə qoymayan onlardır”.

Digər zərərçəkmiş X.Qədirova da binadan 3 otaq mənzil aldığını və müqavilədə nəzərdə tutulmuş məbləği ödədiyini bildirdi. Vəkillərin suallarına cavab olaraq, o, sonradan əlavə pul ödədiyini də söylədi . Bildirdi ki, Korupsiyaya qarşı Mübarizə İdarəsinə çağırılan zaman şikayət ərizəsi yazmayıb və hazırda da təqsirləndirilənlərə qarşı tələbi yoxdur.

Daha sonra zərərçəkmiş Orxan Cəfərov ifadə verib. O, mülki iddia ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək, iddianın cinayət işinə əlavə olunmasını tələb edib. İddiada bildirilir ki, "Xudafərin" MMC-dən alınmış obyektlərlə bağlı ona 2 milyon 120 min manat ziyan dəyib.

"Nənəm və dayım 2003-ci ildə obyekt alınması ilə bağlı müqavilə bağlayıblar. 2006-cı ildə şirkətdən bildirdilər ki, maliyyə çatışmazlığı yarandığı üçün tikinti dayanıb. Əlavə ödəniş istədilər, biz də ödədik. Sonradan nənəm vəfat etdi. 2 ay əvvəl fəhlə apardıq ki, həmin obyektləri təmir etdirək. Bir nəfər ortaya çıxdı ki, həmin obyektlər ona məxsusdur. Hətta bununla bağlı məhkəmə sənədləri də təqdim etdi. Birinci instansiyadan Ali Məhkəməyədək qərarlar vardı və Ali Məhkəmə obyektin Toma adlı birisinə məxsus olduğunu təsdiqləyib. Ona görə də mənə dəymiş ziyanın əvəzinin ödənilməsini tələb edirəm”.

Abdulla Abdullayev iddiaya belə cavab verdi:

"Məsələ başqa cür olub. Toma adlı şəxsdən vaxtilə 600 min manat pul götürmüşəm, əvəzində əsas məbləğlə yanaşı 210 min manat da əlavə faiz ödəmişəm. Həmin pulu Tomaya göndərəndə aparan adam pulun üzrəindən 25 min manat götürüb. Buna görə də, o, mən tutulan zaman vəziyyətdən sui-istifadə edərək, məhkəmə yolu ilə həmin obyektlərlə bağlı qərara sahib olub”.

DEVOLVASİYA SÖHBƏTİ

Dövlət ittihamçısı zərərçəkmişə:

- "Xudafərin”ə 90 min 570 manat ödədiyini müəyyən edib. Bu məbləğin əvəzində 2 milyondan artıq məbləğ tələb etməniz nə ilə bağlıdır?

Zərərçəkmiş:

- Bu illər ərzində inflasiya, manatın devolvasiyası və sair. bunları nəzərə alsaq, hesab edirəm ki, həmin məbləğ hazırda 2 milyondan çox edir.

Abdulla Abdullayevin vəkilləri isə məhkəməyə bildiriblər ki, hazırkı məhkəmə işində "Xudafərin MMC" tərəf olmadığına görə zərərçəkmişin burada iddia qaldırması qanunsuzdur.

Növbəti məhkəmə iclası aprelin 13-nə təyin olunub.

Abdulla Abdullayev 2014-cü ilin aprelində həbs edilib. Ona Cinayət Məcəlləsinin dələduzluq, külli miqdarda mənimsəmə, səlahiyyətindən sui-istifadə maddələri ilə ittiham irəli sürülüb. İş adamı həm ibtidai istintaq, həm də məhkəmədə ittihamları rədd edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG