“Azərbaycandan dini təhsil üçün xaricə getmək ümummilli və dövlətin maraqlarına uyğun deyil və bu, qadağan olunub”
APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aprelin 8-də Bakı Ali Neft Məktəbində keçirilən “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” adlı konfransda bildirib.
O qeyd edib ki, bununla yanaşı, dövlət bəzi tələbələrin Bakı İslam Universiteti və yaxud müəyyən mədrəsələrdə təhsil alanların bir sıra ölkələrdə təcrübə keçməsinə də etiraz eləmir: “Amma birmənalı olaraq, xüsusi göndərilmənin tərəfdarı deyilik. Bunun da səbəbi odur ki, milli-mənəvi dəyərləri qorumalıyıq və Azərbaycanda kimlərsə başqa ölkələrdə olduğu kimi məscidlərarası, məzhəblərarası qarşıdurma yaratmasına imkan verməməliyik. Bu səbəbdən xaricdə dini təhsil almağın tərəfdarı deyilik”.