Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:59

CIA rəhbəri İranla nüvə razılaşmasını alqışlayır


John Brennan
John Brennan

-

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru John Brennan İranla çərçivə nüvə razılaşmasını alqışlayır. O, sənədlə bağlı tənqidləri “qeyri-səmimi” adlandırıb.

Aprelin 7-də Harvard Universitetində çıxış edən Brennan deyib ki, İranın altı dövlətlə danışıqlarda ziddiyyətli nüvə proqramı üzrə bu qədər güzəştə getməsindən təəccüblənib.

Brennan deyir ki, bu razılaşmanın “İranın bombaya cığırını açdığını deyənlər tamamilə qeyri-səmimidirlər”.
Lozanna razılaşmasını ən kəskin tənqid edən İsrailin baş naziri Benjamin Netanyahu olub. O, şərtlərin İsrailin varlığına təhlükə yaratdığını deyib.

Aprelin 2-də əldə olunan çərçivə razılaşması İranın nüvə proqramını məhdudlaşdırmağı, əvəzində beynəlxalq sanksiyaları yumşaltmağı nəzərdə tutur.

XS
SM
MD
LG