Türkiyədə "Fənərbaxça" futbol klubunun avtobusuna silahlı hücumda şübhəli bilinən 2 nəfər saxlanılıb.
Türkiyə mətbuatının məlumatına görə, bu barədə Trabzon valisi Abdil Cəlil Öz məlumat verib.
Şübhəlilərdən birinin Trabzondakı n polis bölməsinə aparıldığı bildirilib.
Aprelin 4-də Türkiyə superliasında "Rizespor"la görüşdən sonra "Fənərbaxça"nın avtosuna edilən silahlı hücumda sürücü yaralanıb.
Buna görə Türkiyə superliqasında həftəsonu keçirilməli olan 27-ci turun görüşləri və kubok oyunları bir həftəlik təxirə salınıb.