Keçid linkləri

2025, 19 Dekabr, Cümə, Bakı vaxtı 22:03

AzadliqLive TV 6-12 aprel

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə

Bakıda yanğın (Ətraflı burada oxu)

Bakıdan Londona uçan təyyarədə yanğın baş verib

Bakıdan Londona uçan sərnişin təyyarəsi havaya qalxandan dərhal sonra geri qayıtmalı olub. Bu haqda xəbər verən AzərTAC-ın məlimatında deyilir ki, “British Airways” şirkətinə məxsus “Aerobus-321” tipli təyyarə havaya qalxandan 11 dəqiqə sonra gəmi kapitanı dispetçer xidməti ilə əlaqə saxlayaraq təyyarənin iki mühərrikindən birində yanğın baş verdiyini bildirib. Bildirilir ki, geri qayıtmalı olan Aerobus Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi enişi uğurla həyata keçirib, onun göyərtəsində olan 92 sərnişin və heyət üzvlərindən heç kəs xəsarət almayıb. Hadisə Bakı vaxtilə axşam saat 9 radələrində baş verib.

APA xəbər verir ki, sərnişinlərindən 36 nəfəri “Lufthansa” şirkətinin təyyarəsi ilə Londona yola salınıb, yerdə qalanlar isə mehmanxanalara yerləşdirilib ki, ertəsi gün yollarına davam etsinlər. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli agentliyə bildirib ki, təyyarədə olan texniki nasazlığı aradan qaldırmaq üçün Londondan ehtiyat hissəsi gətirilməlidir.


Mehriban Əliyeva: "Bakı bütün Avropanı qəbul etməyə hazırdır"

Moskvada 1-ci Avropa oyunlarının təqdimat mərasimi keçirilib. Mərasimdə çıxış edən Oyunların təşkilat komitəsinin rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva deyib ki, 6000-dən artıq idmançının Azərbaycana gələcəyi gözlənilir. Ətraflı burada oxu

Azərbaycan mütəxəssisi yol qəzalarına əlac tapdığını iddia edir

Azərbaycan mütəxəssisi yol qəzalarına əlac tapdığını iddia edir
Gözlə

No media source currently available

0:00 0:06:51 0:00

Şahin Qasımov maşın ustasıdır, həm də elə ustalardandır ki, ali təhsili çox vacib sayır. Onun özünün iki tam və bir də hələ tamamlamadığı ali təhsili var. İki xarici dil bilir - alman və ingilis dillərini. O, yol qəzalarının önlənməsində də təhsilə pay düşdüyünü deyir.

Davamı

XS
SM
MD
LG