"25 il qəpik-qəpik yığdığımız hamısı puça getdi"
Aprelin 10-da Bakının Xətai rayonunda 9-mərtəbəli yaşayış binasının fasadını üzləmək üçün qurulan taxta konstruksiyalarda başlanan yanğın sonradan mənzillərə keçib. YANĞIN YERİNDƏN ƏTRAFLI REPORTAJI BURADA OXU
Tarixi əlsıxma (HƏFTƏNİN MƏNZƏRƏSİ)
İsrailin baş naziri dəvə sürür. Yəməndə və Ukraynada müharibə, pravoslav xrsitinlar Pasxanı qeyd edirlər. Əfqanıstanda orduya qəbul olunmaq üçün imtahan verməlisən. Makedoniyada yaz qarı. Vulkan oyanır - Ötən həfnin müxtəlif hadisələri fotoqrafların gözündə BURADA BAX
AzadlıqLiveTV-də aprelin 10-da baş verənlər
AzadlıqLive TV proqramında aprelin 10-da aşağıdakı mövzulardan danışdıq: (Proqramıa burada bax)
Azərbaycanlılar müharibəyə gedir ...Suriyaya. Səbəbini araşdırmağa cəhd edirik. Bakı sakinlərinin fikri
AzadlıqLİVE-də günün sualı – İŞİDa qoşulan Azərbaycanlıların hərəkətlərini necə izah edək? Onları Suriyaya aparan nədir? Pul, əqidə, etiraz, avamlıq, ya nə? ?
Mövzu ilə bağlı SORĞUda da təşkil etmişdik (BU LİNKDƏ) . Orada səsvermənin hazır cavablarından birini seçmək olar. Facebook-da müzakirələrə qoşul (Ən maraqlı fikirlər efirdə səslənidirilir)
Bakıda “Metropark” Ticarət Mərkəzində kütləvi zəhərlənmə olub
Məlumatı Nərimanov Rayon Polis İdarəsinə istinadən APA yayıb.
Bildirilir ki, Ticarət Mərkəzinin qarajında qonşu binalardan birinə məxsus havalandırma xəttindən dəm qazının sızması nəticəsində qarajda olan 20-dən artıq şəxs zəhərlənib.
15-dən çox şəxs təcili yardım maşınları ilə xəstəxanalara aparılıb. Digər şəxslərə yerində yardım göstərilib.
Həkimlərdən zəhərlənənlərin vəziyyəti haqda açıqlama
Bakı Şəhər Təcili Təxirəsalınmaz Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev APA-ya açıqlamasında kütləvi zəhərlənmənin baş verdiyi “Metropark” Ticarət Mərkəzinə təcili yardım briqadaları göndərdiklərini deyib. Onun sözlərinə görə, zərərçəkənlərdən bəziləri xəstəxanalara yerləşdirilib, bəzilərinə isə yerində tibbi yardım göstərilib. Baş həkim prosesin hələlik davam etdiyini, zərərçəkənlərin sayı barədə dəqiq rəqəm söyləməyin tez olduğunu bildirib.
Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri, respublikanın baş toksikoloqu Azər Maqsudov isə APA-ya bildirib ki, KTM-yə 7 nəfər yerləşdirilib.
“Onlar başgicəllənməsi və ürək bulanmasından şikayətlənirlər. Vəziyyətləri orta ağırdır. İlkin məlumata görə, zəhərlənmə qaz sızmasından baş verib. Lakin dəqiq səbəblər araşdırılır. Zəhərlənənlər arasında ticarət mərkəzinin işçiləri və ticarət mərkəzinə gələn vətəndaşlar var”, - deyə baş toksikoloq qeyd edib.