Keçid linkləri

2025, 19 Dekabr, Cümə, Bakı vaxtı 20:38

AzadliqLive TV 6-12 aprel

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə

AzadliqLive aprelin 10-da.

Xəbər-ətər 9 aprel 2015
Gözlə

No media source currently available

0:00 0:17:34 0:00

Hamıya salamlar! AzadliqLiveTV bu gün axşam saat 9-da İŞİD qoşulan Azərbaycanlılar haqda süjet hazırlayır. Digər mövzular da tezliklə müəyyənləşəcək. Gün ərzində bizim canlı bloqu izləyib maraqlı xəbərləri və müzakirələri izləyin.

Aprelin 9-da bizim verilişi qaçıranlar uçun xatırladırıq

AzadlıqLive TV proqramında aprelin 9-də aşağıdakı mövzulardan söhbət gedib: (PROQRAMA BURADA BAX)

Manat və manat ətrafında nələr baş verir

Prokuror Rəsul Cəfərova 9 il istədi

Məmurlardan gileyli qadının tarixçəsi

ABŞ-da növbəti polis qalmaqalı

AzadlıqLİVE-də günün sualı – Manata inamın qalırmı? Pulunu harda və hansı şəkildə saxlamağa üstünlük verirsən?

Mövzu ilə bağlı SORĞUda da təşkil etmişdik (BU LİNKDƏ) . Orada səsvermənin hazır cavablarından birini seçmək olar.

Polisdən qaçdı, güllələndi

Polisdən qaçdı, güllələndi
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00

ABŞ-da qətlə görə həbs olunan polisin maşınındakı videoreqistratorun görüntüləri açıqlanıb. Polis arxa işıqlarının yanmadığını görüb 50 yaşlı Walter Scott-un maşınını saxlayır. Onun sənədlərini yoxlamaq üçün yenidən öz polis maşınına qayıdır. Bu zaman Scott maşından çıxmaq istəyir, polis əmr edir ki, maşında qalsın. Scott əvvəlcə onun əmrinə tabe olur, lakin tezliklə maşından çıxıb qaçmağa üz tutur. Aprelin 8-də sosial mediada yayılan videoda isə polisin Scotu yaxaladığı an və insident zamanı onun güllələnməsi səhnələri ABŞ yeni etirazlar yaratmış. Polis əməkdaşı Michael Thomas Slager həbs olunmuşdu (Reuters)

AzadliqLiveTV-nin forumunda yazırlar

Emil Rustamov yazır ki, Azərbaycanlıların İŞİDa qoşulmasının əsas səbəbi işsizlikdir. "Zavod yox, fabrik yox. Hər yerdə məmur özbaşınalığı və inhisarçılıq. Cavanlar işsizlikdən narkomaniya, oğurluq və daha pis əməllərə qoşulurlar. "Azərbaycanın çox güclü iqtisadiyatı var deyənlər " xalqı aldadırlar" - yazır Emil.

Sənin də fikrin bizə maraqlı olardı. Buradan foruma daxil olub yaz və ya hazır cavabların təklif olunduğu SORĞUda iştirak et.

Bakıda təqsirləndirilən şəxsin qulağı kəsilib

Vəkil Elmar Süleymanov aprelin 10-da Nərimanov rayon məhkəməsində qəribə hadisə ilə qarşılaşdığını deyir. Vəkil müdafiə etdiyi şəxsin - Hünər Cəfərovun halının özündə olmadığını görüb. Hakim Turqay Hüseynov da müttəhimdən nə baş verdiyini soruşub:

“Hakim soruşdu ki, “nə olub?” Prokuror da dedi ki, qulağı kəsilib. Əvvəlcə inanmadıq. Sonra baxıb gördüm ki, sağ qulağının üst tərəfi yoxdur. Ya bıçaqla, ya da ülgüclə kəsilmişdi. Ancaq yara bağlanmışdı. Yəqin ki, 3-4 gün bundan əvvəl olub. Çünki aprelin 2-də mən onunla görüşəndə belə şey yox idi. Soruşdular ki, bunu kim eləyib? Dedi bilmir”.

33 yaşlı Hünər Cəfərov bu ilin martında narkotik maddə satışı ittihamı ilə tutulub. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanır.

Aprelin 10-da keçirilən məhkəmə prosesi isə vəkilin müdafiə etdiyi şəxslə görüşə icazə verilməməsindən şikayətlə bağlı olub.

Elmar Süleymanov müdafiə etdiyi şəxsin başına gələnlərlə bağlı Ombusdmana şikayət edib. Ombudsman Aparatından Hünər Cəfərovla görüşəcəklərinə söz veriblər.

Penitensiar Xidmət İdarəsindən AzadlıqRadiosu-na bildiriblər ki, hadisəylə bağlı onlarda heç bir məlumat yoxdur

Davamı

XS
SM
MD
LG