ABŞ-ı silkələyn daha bir faciə
Birləşmiş Ştatlarda ağdərili polis qaradərili kişini güllələməkdə ittiham olunur. Yoldan keçən bir nəfərin çəkdiyi videoda polis 50 yaşlı Walter Scott-a arxadan bir neçə dəfə atəş açır.
Bildirlir ki, polis əməkdaşı Michael Thomas Slager yoldan keçən maşında əyləc işığının yanmadığını görüb onu saxlayır. Sürücü ilə polis arasında münaqişə olub. Sosial mediada yayılan video polisin atəş açdığı məqamdan başlayır. Scott polisdən aralanaraq qaçmağa üz tutur, sonuncu da heç bir xəbərdarlıq etmədən onu arxadan güllələyir. Bundan sonra yerə yıxılan qurbanına yaxınlaşıb onun əllərini qandallayır. Videoda həmçinin görünür ki, polis Slager başqa yerdən naməlum əşyanı götürüb gizlincə yerdə uzanan Scott-un yanına atır.
Video yayılandan sonra rəsmilər elan ediblər ki, Michael Thomas Slager qətldə ittiham olunaraq həbs edilib. Hadisələrin gedişi haqda ətraflı AzadliqLiveTV-də axşam saat 21-də
HRW rəsmisi Azərbaycan rəsmilərinin ittihamlarına cavab verir
"Biz hiss edirik ki, Azərbaycandakı insan haqqları böhran vəziyyətinə çatıb" - Bunu AzadliqRadiosu ilə söhbətində HRW Avropa və Orta Asiya bölümünün rəhbəri Hugu Williamson deyir. Onun sözlərinə görə Azərbaycan rəsmilərinin onların təşkilatı ünvanına səsləndirdikləri ittihamların əsası yoxdur. HRW heç bir hakimiyyət tərəfindən maliyyələşdirilmir və heç bir dövlətin marağını güdmür. Müsahibəni tam olaraq tezliklə AzadliqRadiosu.az saytında tanış ola bilərsən. Azadliqda qal!
Qazax rayon sakini social yardımını ala bilmir...
Quşçu-Ayrım kəndinin sakini Pakizə Vəliyeva hazırda Qazax şəhərində yaşayır.O, ünvanlı sosial yardımı ala bilmədiyindən vəgərəkli dövlət qurumlarına dəfələrlə üz tutsa da,heç bir cavabalmadığından narazılığını bildirir
Pullarınızı hansı valyutada saxlayırsınız?
AzadliqLiveTV Bakı sakinrəri arasında sorğu keçirir. Baxaq görək nəyə üstünlük verirlər? Manata, dollara, yoxsa zinət əşyaları almağa?